Mobil versiya
“Aprel döyüşlərinin təfərrüatları hələ də bilinmir” - Uorlik
Tarix: 28-02-2017 | Saat: 11:09
Bölmə:Siyasət / Manşet | çapa göndər

“Aprel döyüşlərinin təfərrüatları hələ də bilinmir” - Uorlik

“Dağlıq Qarabağ münaqişə bölgəsində tərəflər atəşkəs rejiminə hörmət etməlidirlər. Aprel ayında biz xeyli sayda itkilərin şahidi olduq və hətta bu gün də mən ölənlərin sayının dəqiqi bildiyimizə əmin deyiləm. Lakin sülhün vaxtı çatıb. Regionda sülh hər şeyi dəyişəcək. Ermənistan üçün bu cəmiyyətin bütün əsaslarını dəyişəcək”.

AzVision.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı sabiq həmsədri Ceyms Uorlik “Amerikanın Səsi”nə müsahibəsində bildirib.

“Atəşkəs rejiminə hörmət edilməlidir. İnsan həyatlarını qorumaq, hətta danışıqlar prosesində irəliləyişə nail olmaq üçün vəziyyəti normallaşdırmaq lazımdır. Nə qədər ki, münaqişə aktiv vəziyyətdədir, nə qədər ki, hərbi əməliyyatlar davam edir, onda nizamlanma prosesində irəliləyişə nail olmaq çətindir”, - deyə Uorlik bildirib.

ATƏT-in Minsk qrupunun son bəyanatını şərh edən Uorlik vurğulayıb ki, həmsədrlər tərəflərin atəşkəs rejiminə hörmət etməsi, həmçinin qurbanların olmaması üçün öz səylərini əsirgəmirlər: “Ümid edirəm ki, prezidentlər görüşə razılıq verəcək və danışıqlar prosesində irəliləyiş olacaq. Dekabr ayında, mən həmsədr postundan uzaqlaşdığım vaxtda danışıqlar masasında tərəflər arasında müzakirələr yarada biləcək olduqca maraqlı təkliflər var idi”.

Uorlik, həmçinin vurğulayıb ki, aprel müharibəsinin bütün təfərrüatları indiyə qədər açıqlanmayıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024