Mobil versiya
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
Tarix: 27-09-2015 | Saat: 12:38
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər




Sentyabrın 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən minatanlardan istifadə edilməklə Ağdam rayonunun cəbhəboyu kəndlərinin atəş tutulması nəticəsində mülkü şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak olub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ermənilər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirməklə döyüş meydanındakı uğursuzluqlarının əvəzini çıxmağa çalışırlar. Belə bir vəziyyətdə beynəlxalq qurumların da Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına və mülki vətəndaşlarımızın öldürülməsinə biganə yanaşmaları yolverilməzdir, qəbuledilməzdir.

"Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır və bunun nəticələrinə məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", məlumatda qeyd olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024