Mobil versiya
Düşmənə endirilən zərbələr nəticəsində nə qədər erməni hərbçi öldürülüb?
Tarix: 11-02-2017 | Saat: 10:16
Bölmə:Siyasət | çapa göndər

Düşmənə endirilən zərbələr nəticəsində nə qədər erməni hərbçi öldürülüb?








Ermənilərin itkilərinin sayının 15-ə çatdığı ehtimal edilir.

Azərbaycan Ordusu və əsgəri düşmənə boş yerə və qeyri-dəqiq yox, yüksək peşəkarlıq sayəsində hər bir şəhidin intiqamının onqat alınması hissi ilə dəqiq və mütləq ölümlə nəticələn zərbələr endirir. Zərbələrin məqsədi də yalnız təxribatların qarşısını vaxtında almaq, mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək, düşmənin itki verməsinə nail olaraq onun Azərbaycan torpaqlarında möhkəmlənməsinə imkan verməməkdir. Müdafiə nazirimizin də qeyd etdiyi kimi, elə etməliyik ki, heç bir erməni əsgəri torpaqlarımızda özünü rahat hiss edə bilməsin. Düşmən daim təşvişdə, səksəkədə olmalı, hər an törətdiyi pis əmələ görə öləcəyini gözləyərək günlərini keçirməli və torpaqlarımızdan birmənalı, qeyd-şərtsiz çıxmağa can atmalıdır!



Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik İlqar Əliyev ordumuzun son günlər Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinə vurduğu zərbələrin nəticələrini və ermənilərin itkilərinin sayını gizlətməyə çalışmasını şərh edərkən deyib.




Polkovnik Manuxin: "Ermənilər itkiləri açıqlasalar, bütün müdafiə zolağı dağıla bilər"
Ermənilərin cəbhədəki itkilərini gizlətməsinə gəlincə, ekspertin fikrincə, bunun bir neçə səbəbi var: "Son illər ermənilərin müxtəlif səbəblərlə və vasitələrlə Ermənistandan baş alıb başqa ölkələrə getməsi yalnız acınacaqlı iqtisadi vəziyyətlə bağlı deyil. Uzun illər həyata keçirilən uğursuz təxribatlar nəticəsində mənasız ölümlər, orduda yayılmış sağalmaz xəstəliklər, həmçinin xidmətdən şikəst olaraq qayıdan əsgərlər erməni vətəndaşlarını təşviş və qorxuya salıb. Ermənistandan olan sadə ermənilər artıq onlara aid olmayan torpaq uğrunda döyüşmək və hədər yerə ölmək istəmirlər. Ona görə də bu axının qarşısını almaq, orduya çağırışçı balansını nəzarətdə saxlamaq üçün Ermənistan rəhbərliyi bu cür faktları gizlətməyə məcburdur. Ermənistanın "Əsgər anaları" təşkilatının, əsgər valideynləri və yaxınlarının bu faktlara nə cür reaksiya verməsi də KİV-dən məlumdur və əhalinin hər bir kütləvi narazılığından və bu narazılıqların sonradan böyük ixtişaşlara çevrilməsindən qorxan hakimiyyət bu cür faktları gizlətməkdə israrlıdır".



Polkovnik İ.Əliyev Azərbaycan ordusunun düşmən üzərinə endirdiyi sarsıdıcı və dəqiq zərbələrin nəticəsində ermənilərin verdiyi itkilərin sayı ilə bağlı fikirlərini də bildirib: "Ermənilər artıq qeyd etdiyim səbəblərə görə, yalnız Ermənistandan çağırılan məhv edilmiş əsgərlərin siyahısını açıqlayırlar, onu da ki, hissə-hissə. Dağlıq Qarabağdan çağırılanlar onları əsla maraqlandırmır. Ermənistan KİV-in rəsmi məlumatına əsasən, əgər təkcə son bir ayda 8 ölüm faktı açıqlanmışdısa, Qarabağdan olanları da bura əlavə etsək, bu rəqəmin 15-ə və daha yuxarı çatdığını ehtimal edə bilərik".

İlkin İzzət


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024