Mobil versiya
İran Ermənistanı “qazlaşdırır”
Tarix: 20-09-2015 | Saat: 17:26
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

İran Ermənistanı “qazlaşdırır”


İranla bağlanan nüvə sazişindən sonra qonşu dövlətin iqtisadi böhrandan çıxacağı və regionda aktivləşəcəyi gözlənilirdi

Deyəsən, rəsmi Tehran “nüvə sazişi”nin meyvələrini belə dadmadan, bu prosesə start verib. Maraqlıdır ki, cənub qonşumuz fəaliyyətə ilk olaraq Ermənistandan başlayıb.

Tehran öz sərhədlərində yerləşən Meqri və Aqarak şəhərlərinin qazlaşdırılması üçün Ermənistana 2 milyon dollarlıq qrant ayırdığını açıqlayıb. Rəsmi İrəvanın mətbuat katibliyi də faktı inkar etməyərək, bu məqsədlə qonşu dövlətdən alınacaq mallar üçün lazımi əlavə vəsaitlərin bölgədə yerləşən gömrük idarəsində toplanan rüsumlardan əldə ediləcəyini bildirib.

2 milyonluq qrant Ermənistanın yaralarını sağaltmaq üçün önəmli rola malik olmasa da, hər halda bu addım onun ilkin jesti kimi qəbul olunur və İranın perspektiv planlarından xəbər verir. Çox güman ki, İranın iqtisadi durumu stabilləşdikcə iki qonşu ölkənin arasında gələcəkdə daha ciddi əlaqələr qurulacaq.

Sözsüz ki, bu bədbin proqnozların kifayət qədər ciddi əsasları var. Başlıca əsas İranın Azərbaycanı öz torpaq bütünlüyünə təhdid kimi görməsindən irəli gəlir. Təxminlərə görə, bu təhdiddən çəkinən rəsmi Tehran Ermənistanla əlaqələrini möhkəmləndirməyə məhkumdur və bu səbəbdən də nankor qonşumuza qarşı tətbiq etdiyimiz embarqonun aradan qaldırılmasına, hətta sərhədlərimizdə gərginliyin artırılmasına çalışacaq. Bununla da, Azərbaycanın başını daxili problemlərlə qataraq ölkəmizdən ixrac olunduğuna inandığı milli-ideoloji axınların qarşısını kəsməyə səy göstərəcək.

Qlobal bazarda neftin qiymətdən düşməsi, Azərbaycanın Avropayla münasibətlərinin korlanması fonunda atılan bu addımların ölkəmizin əleyhinə çevriləcəyi də sirr deyil. Üstəlik, vaxtilə Qərbin İran nigarançılığı üzərində qurulan diplomatik əlaqələrimiz də “nüvə sazişindən” sonra tamamilə mənasını itirib. İndi Qərb üçün Tehran nəinki qorxulan ölkə olmaqdan çıxıb, hətta əməkdaşlığa can atılan regional qüvvəyə çevrilib. Geopolitik müstəvidə zəifləyən mövqeyimizi bir də Qərblə apardığımız çılğın mübarizə daha təhlükəli hala gətirir. Artıq İranla Azərbaycan Qərb tərəfdaşlığı baxımından öz yerlərini dəyişmiş vəziyyətə düşüblər.

Məsələni qəlizləşdirən digər bir xüsus bizim özümüzün də ölkəmizi xarici təhdid qarşısında gücləndirəcək hər hansı addımı, demək olar ki, atmamağımızdan qaynaqlanır. Xəbərdə də deyildiyi kimi, Ermənistan gömrük rüsumlarını ölkənin infrastruktur layihələrinə yönəltdiyi bir zamanda Azərbaycan gömrüklərində isə hələ də inhisarçı şirkətlər öz ciblərini doldurmaqla məşğuldurlar. Nəticədə ölkənin iqtisadi vəziyyəti daha da pisləşir, azad rəqabət şəraiti ortadan qaldırılır və istər iqtisadi, istərsə də geopolitik gücümüz getdikcə sıradan çıxarılır. Hakimiyyətin bu neqativ halları aradan qaldıracağına dair dediyi sözlər isə havadan asılı qalır. Necə deyərlər, yenə dəyirman öz işində, çaxçax baş ağrıdır.

Bu yerdə adam özünü “bizə bizdən başqa düşmən nəyə lazım?” deməkdən saxlaya bilmir. (strateq.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024