Mobil versiya
Ermənistan Müdafiə Nazirliyindən itkin düşən hərbçilərimizlə bağlı açıqlama
Tarix: 24-06-2015 | Saat: 08:33
Bölmə:Siyasət / Manşet | çapa göndər

Ermənistan Müdafiə Nazirliyindən itkin düşən hərbçilərimizlə bağlı açıqlama
“Azərbaycan hərbi qulluqçuları Ermənistan ərazisinə keçməyib”

Aia.az -ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan deyib.

“İstisna etmirik ki, Azərbaycan hərbçiləri yolu azıblar. Bu, Qırmızı Xaç Komitəsinin Yerevan ofisinin bəyanatından da bəlli olur. Onlar bizə müraciət edərək Tavuş vilayətinin Vazaşen kəndi ərazisində, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə üzbəüz zolaqdan minaya düşdükləri ehtimal olunan 2 Azərbaycan hərbçisinin meyitlərinin çıxarılması üçün təminat istədilər. Belə bir təminat dərhal verildi. Bildiririk ki, Azərbaycandan heç bir hərbçi bizim tərəfə keçməyib”, - deyə A. Ovannisyan söyləyib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iki hərbçinin itkin düşdüyü barədə məlumat yayıb. Məlumata əsasən iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində, qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir. Hazırda hadisə ilə bağlı axtarış və araşdırma tədbirləri həyata keçirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə