Mobil versiya
Trampı nə gözləyir? - İmpiçment, yoxsa?..
Tarix: 03-02-2017 | Saat: 14:06
Bölmə:Siyasət / Manşet | çapa göndər

Trampı nə gözləyir? - İmpiçment, yoxsa?..





Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, Amerika prezidenti Donald Trampın impiçment məsələsi müzakirə edilir. Rəy sorğularının nəticələrinə əsasən seçicilərin 40 faizi bunun lehinə səs verib. Vətəndaşlar hətta yenidən eks-prezident Barak Obamanın prezident seçilməsini istəyirlər.

Maraqlıdır ki, hüquqi cəhətdən Trampın impiçmenti yaxın zamanlarda reallaşa bilərmi?

“Qafqazinfo” bu sualla politoloq Elxan Şahinoğluna müraciət edib. Şərhçi bildirib ki, Tramp sərt qərarlar verməkdə davam edərsə onun impiçmenti reallığa çevriləcək:

“Ümumiyyətlə isə Amerikanın siyasi tarixində hər hansı şəxsin prezident andiçməsindən sonra özünə qarşı həm dünyanı, həm də ölkə ictimaiyyətini bu qədər ayağa qaldırmasını xatırlamıram. Tramp verdiyi vədləri bu günlərdə yerinə yetirməyə çalışır. Ancaq müsəlman ölkələrindən olan vətəndaşları ölkəyə buraxmama , Meksikayla divar tikmək kimi sərt qərarlara imza atır. Hətta müttəfiqi Böyük Britaniyanın kral ailəsi belə onun siyasətindən narazıdır. Onun Londona səfərə gəlməsini istəmirlər.

Ölkə ictimaiyyəti, federal ştatların prokurorluqları, Hollivud aktrisaları da onun siyasətinin əleyhinədir. Belə getsə, heç 4 il prezident ola bilməyəcək”.



Onun sözlərinə görə, impiçmentin reallaşması üçün hansısa qanun pozuntusuna yol verilməlidir:

“Onsuz da müsəlman ölkələrinin vətəndaşlarını ölkəyə buraxmamaq Amerika Konstitusiyasında ziddiyyətlər əmələ gətirir. Təsadüfi deyil ki, bir neçə ştatda prezidentin bu qərarını dayandırıblar. Mümkündür ki, yaxın müddətdə Konqres də işə qarışsın. Çünki impiçment məsələsini Konqres həll edə bilər. Ola bilər ki, Konqres müsəlmanların ölkəyə gediş-gəlişini yumşaltmaq üçün müəyyən qanun qəbul etsin və bu da prezidentlə fikir ayrılığına gətirib çıxarsın.

Düzdür, hazırda Konqresdə respublikaçılar demokratlardan çoxdur. Ancaq Trampın Respublikaçılar Partiyasına aidiyyatı azdır. Çünki partiyanın strukturunda yer almayıb, Konqres üzvü olmayıb. Elə partiyanın içində də parçalanma yaranıb. Trampın siyasətindən narazıların sayı çoxalıb. Respublikaçıların məşhur nümayəndəsi Mak Keyni belə Trampın bəzi qərarlarına sərt reaksiya verib. Onun Rusiyaya qarşı siyasətini dəstəkləmir. Bu günlərdə Dövlət Departamentinin diplomatları da ciddi arqument ortaya qoyub ki, bu, Amerikanın dostlarının sayını azaldır. Bu cür sərt qərarlar davamlı olarsa, impiçment məsələsi reallaşa bilər”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə