Mobil versiya
“Araz Əlizadəni çox ciddiyə alıram” - İqbal Ağazadə
Tarix: 18-09-2015 | Saat: 17:07
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


“Araz Əlizadəni də çox ciddiyə alıram. Hesab edirəm ki, o da namizədlərdən biridir, amma mən olmasaydım”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə yenidən namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsindən rəqibi olan ASDP sədri Araz Əlizadə ilə bağlı deyib.

Qeyd edib ki, o, Araz Əlizadə üzrə mütəxəssis deyil ki, onun şanslarını ölçsün: “Mən ancaq öz şanslarımı ölçə bilərəm. Şansımı da yüksək bildiyim üçün o dairədən namizədəm. Ancaq bütün namizədlərə hörmət edirəm. Hamısı mənim üçün dəyərlidir və onları ciddiyə alıram. O cümlədən Araz Əlizadəni də çox ciddiyə alıram. Hesab edirəm ki, o da namizədlərdən biridir, amma mən olmasaydım”.

Qeyd edək ki, İqbal Ağazadə sentyabrın 14-də namizəd kimi qeydə alınıb.

Maraq üçün qeyd edək ki, həmin dairədən hakim Yeni Azərbaycan Partiyasının namizədi Aliyə Ağrılıdır. Müsavat Partiyası və REAl Hərəkatı isə həmin dairədən namizəd irəli sürməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024