Mobil versiya
Cinsi istəyi artırmaq üçün 10 QIZIL QAYDA
Tarix: 18-01-2017 | Saat: 13:12
Bölmə:Səhiyyə / Karusel | çapa göndər




Qadınların böyük əksəriyyətində doğuşdan sonra cinsi istək azalır. Uşaq olandan sonra ilk 4-6 həftə boyunca qadınlara cinsi yaxınlıq tövsiyə edilmir. Ancaq bu müddət keçdikdən sonra da cütlüyün cinsi həyatı dərhal əvvəlki vəziyyətinə qayıda bilməz.

Cinsi həyatınızın əvvəlki vəziyyətinə qayıtması məsələsində bir az səbrli olun. Rahat olmaq üçün həkiminizlə danışıb məsləhətlər alın. Aile.lent.az doğuşdan sonra cinsi istəksizliyi aradan qaldırmaq üçün cütlüklərə bəzi tövsiyələr təqdim edir.

1. Kişilər, xanımınızın yuxusuzluq və yorğunluq problemlərini həll etmək üçün ev işləri və gecə uşağa baxmaqda ona yardım edin.

2. Post partum sindromu (doğuşdan sonra depressiya) varsa, psixoterapevtə müraciət edin.

3. Xanımınızla çox maraqlanın, problemlərini dinləyin, ona kömək edin, onu rahat hiss etdirəcək sürprizlər edin.

4. Cinsi yaxınlıq üçün hazırlıq görün. Birlikdə duş qəbul etmək, zəif işıqda romantik rəqs etmək kimi hər ikinizi də rahat hiss etdirəcək şəraitlər yaradın.

5. Gün ərzində bir-birinizə yaxınlaşa biləcəyiniz fürsətlər yaradın.

6. Planlı seks qurun.

7. Xanımınızın xoşladığı qucaqlamaq, oxşamaq, öpmək kimi hərəkətlər edin.

8. Xanımınızın estetik qayğıları üçün birlikdə idmana başlayın.

9. Kontraseptiv həbləri qəbul eməyi unutmayın.

10. Cinsəlliklə bağlı problem 3 aydan çox davam edərsə, seksopatoloqa müraciət edin.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024