Mobil versiya
Qəlyanın ölümcül təsiri barədə xəbərdarlıq ediblər
Tarix: 17-01-2017 | Saat: 12:14
Bölmə:Səhiyyə / Karusel | çapa göndər



Almaniyalı həkimlər və alimlər qəlyanın ölümcül təhlükəli olması barədə əhaliyə xəbərdarlıq ediblər.

myBaku.az xarici KİV-ə istinadən məlumat verir ki, Bavariya səhiyyə naziri Melani Qaml bu vərdişdən dərhal imtina etməyə çağırıb.

Son vaxtlar Almaniyada qəlyan tərəfdarlarının “Şişa-trend” adlı yeni hərəkatı böyük populyarlıq qazanıb. Bavariya səhiyyə naziri Melani Qaml qəlyanın siqaretdən daha zərərsiz olması barədə məlumatları cəfəngiyyat adlandırıb. Almaniya qida məhsullarının təhlükəsizliyi üzrə dövlət idarəsinin analitikləri belə qənaətə gəliblər ki, qəlyan hətta tütünsüz də çox zərərlidir.

Müəyyən edilib ki, kömürün yandırılması zamanı əmələ gələn dəm qazının yüksək konsentrasiyası ürək və ağ ciyərlərdə ciddi problem yaradır və astma xəstəliyinə səbəb ola bilər.
Qəlyanx şəkən insanların orqanizmində zərərli maddələr yığılır, tənəffüs sistemində daimi öskürəklə müşahidə olunan ciddi probləmlər yaranır.

Almaniya səhiyyə nazirliyi əhaliyə həm tütünün, həm də tütün əvəzedicilərinin ziyanı barədə ciddi xəbərdarlıq edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024