Mobil versiya
Bakıdakı bəzi xəstəxanaların baş həkimləri dəyişdirildi
Tarix: 03-09-2015 | Saat: 20:21
Bölmə:Səhiyyə / Karusel | çapa göndər

Bakıdakı bəzi xəstəxanaların baş həkimləri dəyişdirildi



Səhiyyə Nazirliyində keçirilən iclasda bəzi tibb müəssisələrinin baş həkimlərinin işi mənfi qiymətləndirilib


Dünən baş tutan iclasda nazir bəzi xəstəxanaların baş həkimlərinin dəyişdirilməsinə qərar verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova açıqlamasında Kliniki Tibbi Mərkəzin və Bakı Sağlamlıq Mərkəzinin baş həkimlərinin tutduqları vəzifədən azad edildiyini təsdiqləyib.

Nazirlik rəsmisi qeyd edib ki, Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının, Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsini icra edəcək.

Şirvan Şəhər Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinə, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri Sabiq Hüseynzadə isə Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə təyin olunub. (modern.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024