Mobil versiya
Tibbdə möcüzə reallaşır: İnsan başı…
Tarix: 13-05-2016 | Saat: 14:48
Bölmə:Səhiyyə | çapa göndər




Əməliyyat bir neçə mərhələdə baş tutacaq. Əməliyyat olunacaq şəxs rusiyalı proqramçı Valeri deyir ki, doğmaları əvvəlcə bu qərarı yaxşı qarşılamadılar. Ancaq Valeri onun itirəcək bir şeyinin olmadığını deyir.

Aia.az axar.az-a istinadən bildirir ki, əməliyyat ilk mərhələdə 36 saat davam edəcək. Əməliyyatın ümumi qiyməti 7,5 milyon avrodur. Donor qismində beyni bioloji olaraq ölmüş, bədəni isə ideal vəziyyətdə olan insan istifadə ediləcək. Donor mütləq şəkildə sağlam həyat tərzi keçirmiş insan olacaq.

Əməliyyatdan öncə hər iki nəfərin (donor və pasient) bədənlərini mənfi 15 dərəcəyə qədər soyudacaqlar ki, ölüm olmasın və daxili orqanları müxtəlif zədələnmələrdən qorumaq mümkün olsun. İlk növbədə cərrah dərini, əzələləri və boyunda yerləşən qan damarlarını kəsəcək. Daha sonra isə onurğa beyni zədələmədən sümükləri ayıracaq. Xüsusi cihaz vasitəsilə başları bədən üzərində fiksasiya edəcəklər və sonra bu əməliyyat üçün xüsusi hazırlanmış ülgüc vasitəsilə onurğa beyni kəsəcəklər. Növbəti prosesdə Valerinin başını donorun bədəni üzərinə yerləşdirib, polietileqlikol vasitəsilə "yapışdıracaqlar". Əməliyyatın sonunda cərrah damarları və əzələləri, həmçinin dəriləri birləşdirəcək. Pasient 3-4 həftə hərəkətsiz vəziyyətdə qalmalı olacaq. Bu müddət ərzində onun onurğa beyni donorunku ilə birləşəcək. Onurğa beynin stimulyasiyası üçün cərrah xüsusi elektrodlardan istifadə etməyi düşünür.

Komadan çıxandan sonra pasiyent normal şəkildə hərəkət edəcək, başı və bədənini normal idarə edə biləcək. Valerinin səsi əvvəlki kimi qalacaq. Başın həssaslığı dərhal qayıdacaq. Bu da pasientin həm fiziki, həm də psixoloji vəziyyətini bərpa edəcək. Cərrahın hazırda bir neçə könüllü bədən donorları var, ona görə də donor axtarışı problemi yaşanmayacaq. Cərraha və Valeriyə mane olan yeganə amil odur ki, hələ heç bir dövlət əməliyyatın keçirilməsi üçün öz ərazisini verərək məsuliyyət götürmək istəmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024