Mobil versiya
Hər gün aspirin içmək əvəzinə bu meyvəni yeyin - FAYDALARI
Tarix: 02-01-2016 | Saat: 14:17
Bölmə:Səhiyyə / Manşet / Karusel | çapa göndər


Tayvan tibb məktəbinin apardığı təcrübə kivinin bağırsaq hərəkətlərini nizama saldığını və həzmi asanlaşdırdığını sübut edib. Mütəxəssislər həzmsizlikdən şikayət edən insanlar arasında 4 həftə onlara kivi yedirtməklə təcrübə aparıb. Nəticədə məlum olub ki, kivi yeyən insanların 45 faizinin həzm sistemi asanlaşıb. Aile.lent.az kivinin digər faydalarından bəhs edir.

Kivi eyni zamanda lif baxımından da çox zəngindir. 100 qram bananda 1,6 qram lif varsa, kividə 3,4 qramdır. Məhz bu, bağırsaqlarda xoşniyyətli bakteriyaların artmasına səbəb olur. Kivi xolesterolu aşağı salır və ürək narahatlıqları riskini ciddi formada azaldır. Aparılan başqa bir təcrübə sübut edib ki, lif baxımından zəngin olan kivi qalın bağırsaq xərçənginin qarşısını almaqda da faydalıdır. Bu liflər tərəfindən istehsal edilən bir turşu növü xərçəngə səbəb olan genlərin aktiv hala gəlməsinin qarşısını alır.

Yuxu keyfiyyətinə yaxşı təsir edir

Aparılan təcrübələr kivinin yuxu keyfiyyətini də artırdığını sübut edib. Yüksək miqdarda kalsium tərkibli olduğu üçün yatmazdan bir saat əvvəl yeyilən bir dənə kivi daha rahat yuxu yatmağınızı təmin edir. Eyni zamanda ruh yüksəkliyinə də kömək edir.

Təbii aspirin təsiri

Qanı sulandıran quruluşu kivinin daha bir xüsusiyyətidir. Bu da onu təbii aspirin təsirli olması ilə tanıdıb. Yəni, gündə bir aspirin qəbul etmək əvəzinə bir dənə kivi yemək sağlamlığa daha yararlıdır. Artıq sayda aspirin qəbul etmək məsləhət görülmür. Tərkibindəki niketim bağırsaq divarlarına zərər verə bilər. Gündə bir dənə kivi aspirin dərmanının mədə ağrısı, bulanması və qanama kimi mənfi təsirlərindən uzaq durmağa bəs edir.

Qulaq infeksiyalarından qorunmaq üçün də gündə bir dənə kivi yemək məsələhətdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024