Mobil versiya
Çeynəmə qabiliyyətini itirən xəstə uğurla əməliyyat olunub
Tarix: 28-11-2018 | Saat: 15:14
Bölmə:Səhiyyə | çapa göndər

Çeynəmə qabiliyyətini itirən xəstə uğurla əməliyyat olunub




Əhali arasında tez-tez rast gəlinən problemlərdən biri də üz-çənə anomaliyalarıdır. Bu yaxınlarda Azərbaycan Tibb Universitetində (ATU) belə problemi olan xəstəyə yüksək ixtisaslı yardım göstərilib.

ATU-nun Ağız üz- çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Fərzəliyev qeyd edir ki, xəstənin alt və üst dişləri üst-üstə düz gəlmədiyinə görə xəstədə çeynəmə prosesi pozulubmuş. Eyni zamanda xəstənin sifət quruluşunda da əyrilik qeyd edilirdi.
“Pasiyent qida qəbulunda çətinlik çəkirdi. Həmçinin, xəstənin üzündə estetik baxımdan da pozğunluqlar vardı - çənə öndə idi. Müvafiq müayinələrdən sonra tərəfimizdən kompyüter modelləşmə ilə xəstəyə əməliyyat planı hazırlandı”.

İ.Fərzəliyevin sözlərinə görə,üz skeleti sümüklərində2 saat davam edən əməliyyat nəticəsində üzün quruluşu və dişlər tam bərpa olunub. Xəstədə çeynəmə qabiliyyəti tam bərpa olunub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024