Mobil versiya
Musa Quliyev özəl klinikalara vergi güzəşti istədi
Tarix: 27-11-2018 | Saat: 15:00
Bölmə:Səhiyyə | çapa göndər

Musa Quliyev özəl klinikalara vergi güzəşti istədi


"Tütün məmulatları ilə yanaşı, sulu və bütün növ qəlyanlar aksiz vergisinə cəlb edilməlidir. Qanunvericilikdə qəlyan da tütün məhsullarına bərabər tutulur. Amma Vergi Məcəlləsində bu məsələ öz əksini tapmayıb”.

Bunu parlamentdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Musa Quliyev deyib. Deputat özəl səhiyyə mərkəzlərinə vergi güzəştlərinin tətbiq olunmasını təklif edib.

"Özəl səhiyyə müəssisələri dövlətin sosial yükünü və məsuliyyətini daşıyır. Onlar vətəndaşlara xidmət edir, gəlirləri də vətəndaşların ödədikləri vəsait hesabına formalaşır. Bir sıra dövlətlərdə özəl tibb müəssisələri ya vergidən tam azad edilir, ya da güzəştli vergi tətbiq olunur. Bu baxımdan özəl tibb sektoruna vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024