Mobil versiya
Uşaqlar üçün bez alan valideynlərin diqqətinə - VİDEO
Tarix: 21-12-2015 | Saat: 16:10
Bölmə:Səhiyyə / Aia TV / Karusel | çapa göndər


Uşaq bezləri körpələrin çəkisinə uyğun olmalıdır.

Uşaq bezlərindən düzgün istifadə edilməməsi uşaqlarda ciddi problemlərin yaranmasına gətirib çıxara bilər.

Aia.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hazırda bütün dünyada körpələr üçün gündəlik uşaq bezlərindən istifadə edilir. İstifadəsi rahat bu bezlər körpənin dərisini daha quru saxlayır və anaları xeyli əziyyətdən azad edir.

Amma bu bezlərdən düzgün istifadə edilməməsi gələcəkdə ciddi problemlər yarada bilər.

Həkimlər bildirir ki, uşaq bezləri körpələrin çəkisinə uyğun olmalıdır. Çox adam bir dəfəlik bezin kənarından ifrazat sızmasın deyə onu kip bağlayır.

Bir dəfəlik bezlər sutka ərzində 4-5 dəfə dəyişdirilməlidir. Və yalnız gigiyenik sertifikatı olan keyfiyyətli bezlər istifadə etmək lazımdır.

Keyfiyyətsiz bezlər dəri zədələnməsinə səbəb olur. Yenə qənaət adı ilə uşağı eyni bezdə uzun müddət saxlamaq doğru deyil.

Birdəfəlik bezlərdən istifadə zamanı valideynləri ən çox narahat edən bir məqam da körpələrin güvəcə gec alışmasıdır. Mütəxəssilər bu zaman bezlərdən sadəcə gecə istifadə etməyi məsləhət görür.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024