Mobil versiya
Xərçəng xəstəliyi "intihar" edəcək - YENİ KƏŞF
Tarix: 01-11-2017 | Saat: 17:55
Bölmə:Səhiyyə | çapa göndər

Xərçəng xəstəliyi "intihar" edəcək - YENİ KƏŞF



Milli.Az xəbər verir ki, heyətin rəhbəri Markus Pitr insan genlərinin iş fəaliyyətini öyrənmək üçün başlatdığı sınaqlarda xüsusi bir RNT (ribo nuklein turşusu) kəşf edib.

O, bəzi genetik hüceyrələrdən əldə etdiyi RNT-lərin böyük qisminin sadəcə içində olduqları hüceyrəni deyil, eyni zamanda xərçəngli hüceyrələri də yox etmək potensialına sahib olduğunu müşahidə edib.

RNT molekullarının iş fəaliyyətinin təyin edilməsi elm adamlarına 8 ilə başa gəlib. Sınaqlar öz müsbət nəticəsini göstərib və RNT-lərin xərçəng xəstəliyi yaradan hüceyrələri "intihara sürükləyən" mexanizmi aşkar edilib. Bu mexanizm sayəsində xərçəng hüceyrələri özünü müdafiə etmək imkanlarından məhrum olur.

Professor M.Pitr insanın hər hüceyrəsində var olan bu mexanizmin yüz milyon il yaşı olduğunu deyib. Onun sınaqlarının nəticəsi siçanlar üzərində test edilib və uğurlu nəticələr əldə olunub. Professor RNT mexanizminin iş fəaliyyətini belə tərif edib:

"Bu eyni anda özünü bıçaqlamağa, yandırmağa və uçurumdan aşağı atmağa bənzəyir. Bu formada yaşamağa davam etmək olmaz. Ona görə də xərçəng hüceyrələri özlərini məhv etməyə can atır və yox olur. RNT mexanizmi hüceyrənin xərçəngə yoluxmasından dərhal sonra aktivləşir".

O, sınaqlarının nəticəsini "Həyatda qalmaq geninin aradan qaldırılması ilə nəticələnən ölüm" (Death Induced by Survival gene Elimination- DISE) adlandırıb. Professor bu yeni mexanizm sayəsində xərçəngin birdəfəlik müalicəsini mümkün edən yeni üsullar kəşf etməyi hədəfləyib

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024