Mobil versiya
Çin dərmanları təhlükəlidir? - Nazir müavinindən açıqlama
Tarix: 10-05-2017 | Saat: 14:25
Bölmə:Səhiyyə / Karusel | çapa göndər

Çin dərmanları təhlükəlidir? - Nazir müavinindən açıqlama



“Azərbaycana gətirilən bütün dərmanların keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən diqqətlə yanaşılır”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, nazirliyin analitik ekspertiza mərkəzində dərmanların hər seriyası yoxlandıqdan sonra onların idxalına icazə verilir: “Ümumiyyətlə, dünyanın qəbul etdiyi qaydalar var ki, hər hansı istehsalçı öz məhsulunu Çində və ya başqa bir ölkədə istehsal edə bilər. Hətta Avropanın aparıcı şirkəti ucuz işçi qüvvəsinə görə hansısa dərmanın istehsalını Çində, Cənubi Koreyada və başqa ölkələrdə qura bilər. Əgər bunun üçün rəsmi lisenziyası varsa, onların Azərbaycana idxalına icazə verilir”.

Dərmanların keyfiyyətindən danışan E. Ağayev qeyd edib ki, ümumiyyətlə, Azərbaycana gətirilən dərmanlar sırf Çin istehsalı deyil: “Əksər Avropa şirkətləri Çin xammalından istifadə edirlər. Dünyanın dərman bazarında xamalının əsas mənbəyi Çində istehsal edilir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev komitə iclasında bildirmişdi ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər.

“Ona görə də bəzi hallarda bizim dərmanlar effekt vermir. Buna görə xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu, çox ciddi narahatçılıq doğuran faktdır”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024