Mobil versiya
CAVİD QURBANOV OLDUĞU KİMİ...
Tarix: 18-08-2016 | Saat: 16:23
Bölmə:Seçilənlər-7 | çapa göndər

CAVİD QURBANOV OLDUĞU KİMİ...



Mükəmməllik, yetkinlik, müdriklik özünü insanın zahiri görünüşündə, bundan da daha parlaq isə mənəviyyatında büruzə verir. Maddi çəki qızılın, mənəvi çəki isə insan şəxsiyyətininqiymətini müəyyən edir. Bu çəki insanın qabiliyyətlərinəzinət verərək hörmət təlqin edir. Belə adam sözlərində nəsiyyətverici, işlərində isə nümunəvi olur. Yetkinlıik sözün əsl mənasında insan olan şəxsə xas xüsusiyyətdir. Bu xüsusiyyətlərə malik olanların sayı o qədər də çox deyildir. Qədri bilinməli, etalon kimi göstərilməli belə şəxsiyyətlərdən biri də hamımızın yaxşı tanıdığımız hörmətli millət vəkili Cavid Qurbanovdur.

Cavid Qurbanov Vətəni sevmək, tarix və psixologiyanı bilmək, regiona yaxşı bələd olmaq, xalqın problemləri ilə yaxından tanış olmaq, rifahı yaxşılaşdımağa cəhd etmək və s.kimi klassik xüsusiyyətlərdən başqa inkişaf etməkdə olan ölkənin siyasətçisi üçün bütün vacib xüsusiyyətlərə malikdir. O, verdiyi qərarların yalnız özünə deyil, bütövlükdə xalqa təsirinin olacağının tam fərqindədir. Nə etdiyini və nə istədiyini bilir və xalqla ünsiyyətə girərək məqsədini inamlı şəkildə çatdırmağı bacarır. Üç çağırış Milli Məclisə üzv seçildiyi müddət ərzində prinsiplərinə və verdiyi vədlərə sadiq olmuşdur. O, təkcə yetkin bir dövlət xadimi, geniş erudisiyası, təşkilatçılıq qabiliyyəti olan bir kadr deyil, həm də siyasi orientasiyasını düzgün müəyyənləşdirmiş fəal vətəndaşlıq mövqeyinə malik ziyalı, milli bir insandır. Azərbaycan adını, ölkəsinin mənafeyini,şərəfini həmişə uca tutan bir şəxsiyyətdir. Onun ideologiyası həmişəki kimi fəal üzvü olduğu Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyev kursuna sadiqlikdir. Əksinə, bu ideologiya onun real kimliyidir. Milli Məclisin deputatı olduğu vaxt seçicilər ona inanırdığı və güvəndiyi kimi, işlədiyi bütün vəzifələrdə, o cümlədən, ölkə iqtisadiyyatının formalaşması üçün ciddi əhəmiyyət daşıyan müəssisələr olan "Azəryolservis" ASC-nin sədri, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində də xalqın, dövlət rəhbərliyinin etimadını doğrultmuşdur.

Cavid müəllim Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvü kimi çox məhsuldar fəaliyyət göstərmişdir. Əslində "millət vəkili” anlayışı parlamentin deputatı olmaqdan daha geniş məhfumdur. Cavid Qurbanov mandatı, vəzifəsi olanda da, olmayanda da sözün həqiqi mənasında millət vəkilidir.

Ağdabanlı şair Qurbanın nəticəsi, Aşıq Şəmşirin nəvəsi, Qənbər Şəmşiroğlunun övladı olan Cavid Qurbanov təmsil etdiyi nəcabətli, ziyalı nəslin irsini şərəflə daşıyan Cavid müəllim ədəbiyyat, incəsənət adamlarına ehtiram göstərir, onların qaytğıları ilə maraqlanır, problemlərinin həllinə kömək edir.

Azərbaycan çox mühüm geosiyasi mövqedə yerləşir. Bu mövqedən istifadə edən ölkə rəhbərliyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrini uğurla reallaşdırır. Azərbaycan nəinki bölgədə, həm də bütün dünyada mühüm nəqliyyat dəhlizi kimi mövqe qazanıb. Lakin müasir qloballaşma prosesi daim irəli getməyi, elmi və texnoloji tərəqqiyə nail olmaqla dayanıqlı, sabit inkişaf etməyi və gələcək iqtisadi-siyasi prosesləri görərək çalışmağı tələb edir. Ölkəmiz məhz bu yolla gedir. Azərbaycan rəhbərliyi mütəmadi olaraq milli maraqlara uyğun təmkinli, düşünülmüş, çevik, qabaqlayıcı siyasi, iqtisadi tədbirlər həyata keçirir, ölkənin sürətli, dinamik inkişafını təmin edilir.

Dövlətin iqtisadi potensialı, gücü və qüdrəti həm də onun malik olduğu nəqliyyat kommunikasiyalarının inkişaf səviyyəsi ilə ölçülür. Geniş və çoxşaxəli, mükəmməl infrastruktura malik, dövrün tələblərinə cavab verən nəqliyyat-yol şəbəkəsi olmayan hansısa dövlətin dinamik inkişafından söz açmaq qeyri-mümkündür. Bu reallığı ümumilli liderimiz Heydər Əliyev də müdrikliklə yüksək qiymətləndirib. Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində inkişafın əsasını qoyan «Əsrin müqaviləsi»nin imzalanması ilə respublikanın iqtisadi qüdrəti və tranzit potensialı xeyli dərəcədə artdı. Şərqlə Qərb arasında starteji körpü rolunu oynayan Azərbaycan əlverişli tranzit əhəmiyyətli dövlətlərdən biri kimi bölgədəki lider statusunu təmin etdi. Tarixi İpək yolunun bərpası istiqamətində həyata keçirilmiş kompleks tədbirlər əlverişli coğrafi mövqedə yerləşən respublikamızın geostrateji əhəmiyyətini daha da artırdı. Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq əhəmiyyətli bu layihənin reallaşması ulu öndərimiz Heydər Əliyevin gərgin fəaliyyətinin və qətiyyətinin nəticəsidir.

Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir.Aydındır ki, nəqliyyat sektoru tələbatını ödəməyən dövlətin iqtisadiyyatı da zəif olar, inkişaf edə bilməz. Ona görə də ölkə rəhbərliyi nəqliyyat sektorunun inkişafının beynəlxalq tələbləri ödəməsinə və bu sahədə təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirir. Hazırda nəqliyyat sektoru müasir tələbləri ödəyir, lakin ölkənin sosial-iqtisadi inkişafı sürətli və yüksək templi olduğu üçün yeni, daha yüksək mərhələyə müvafiq onun infrastrukturu daim təkmilləşdirilir. Bu sahədə aparılan ardıcıl islahatlar artıq ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən biri edib.

Ölkədə nəqliyyat sektorunda dörd əsas bölmə vardır: avtomobil, dəmiryol, hava və su nəqliyyatı. Bu sahələrin hərəsinin öz xüsusi spesifik xüsusiyyətləri olduğu üçün dominant inkişaf istiqaməti bir zərurət kimi tələb olunur, həm də onların bir-birini tamamlayan vahid sistem kimi inkişafı təmin edilir. Cavid Qurbanov bu sahələrin artıq ikisinə rəhbərlik edərək ona göstərilən yüksək etimadı doğruldub. Rəhbərlik etdiyi kollektivə, tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olan Cavid müəllimin qəbul etdiyi qərarlarda heç vaxt qərəz duyulmamış, bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməmişdir.

Ulu Öndər HeydərƏliyev siyasi kursunu dəstəkləyən, Ümummilli liderin layiqli davamçısı İ, prezident İlham Əliyevin yaxın çiyindaşı olan Cavid Qurbanov siyasi orientasiyasına baxmayaraq, xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etmişdir. Özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməmiş və bu cür təsir üçün şərait yaratmamışdır. Cavid Qurbanovun ictimai və ya siyasi fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyi onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmayıb.

Cənab Məmmədov ASC-nin balansında olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, kommunikasiya sistemlərindən və digər maddi-texniki təchizat avadanlıqlarından yalnız xidmətlə əlaqədar hallarda qənaətlə və səmərəli istifadə etməyi daim diqqət mərkəzində saxlamış, rəhbərlik etdiyi böyük kollektivdən də bunu tələb etmişdir.

Əminik ki, Azərbaycan xalqı, Azərbaycan dövləti çox hörmətli Cavid Qurbanovun ölkəyə xidmətlərindən hələ bundan sonra da xeyli faydalanacaq, bu tərəqqipərvər ziyalının respublikamızın çiçəklənməsinə verdiyi sanballı töhfələri layiqincə dəyərləndirəcək, gələcək nəslə nümunə göstərəcəkdir.

Kənan Məmmədzadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə