Mobil versiya
Ölümdən qayıdış nəyə işarədi?
Tarix: 11-10-2016 | Saat: 12:52
Bölmə:Seçilənlər-5 | çapa göndər



Ağır xərçəng xəstəliyinə tutulub, ölümlə üz-üzə dayanan bir xəstə yaşadıqlarını bizimlə bölüşdü.Biz də sizinlə bölüşürük.

-Xəstəliyim barədə mənə deyəndə elə bildim bütün qapılar üzümə bağlandı. Bu xəstəliyin adı çox ağırdır. Vəziyyətim o qədər dəhşətli idi. Qarın boşluğuna yığılmış sudan nəfəs ala bilmirdim. Bütün bədənim hissiyatını itirmişdi. Lamisə orqanlarım sıradan çıxmışdı. Baxmaq istədiyim nöqtəyə düz baxa bilmirdim. Üzümün mimikası belə itmişdi. Sutka ərzində bir saat belə mürgüləyə bilmirdim.O qədər arıqlamışdım ki,tanınmaz hala düşmüşdüm. Bütün bu əzablardan tez qurtarmaq istəyirdim. Ölüm mənə o qədər gözəl görünürdü ki...

Həkimlər məndən əllərini üzmüşdülər. Doğmalarımın mənə ümüdsüz baxan baxışlarına dözə bilmirdim. Bu baxişlarin icində birində umud işığı var idi.Qızımın gözlərı.Onun inadı,ölməyən umidi hər şeyi dəyişdi.

Ailəm qərara gəlmişdilər ki, məni xaricə müalicəyə aparsın.. Bu vaxt qızım uzun illər xərçəng xəstəliyinin dərmanını axtaran həkim Əlhadi İsgəndərovu xatırladı. Ona zəng vurub vəziyyəti bildirdi. Əlhadi həkim hazırladığı bir dərmanı mənə verdi. Mən dərmanı içdim. Hansı nahiyələrdə ki, ağrı hiss edirdim orda ağrılar bir az da gücləndi. Təxminən bir sutkadan sonra yavaş-yavaş məndəki ağrılar sakitləşməyə başladı. Özümdə bir rahatlıq hiss edirdim. Elə bil gözümə işıq gəlmişdi. Bu dəyişikliyi ayağa durub yeriyəndə də hiss etdim. Bir az güclənmişdim.

Ailə öz qərarını vermişdi, məni xaricə müalicəyə apardılar. Orada kimyaterapiyalar alıb, əməliyyat olundum. Bu təxminən iki ay çəkdi. Yavaş-yavaş həyata qayıdırdım.Əmin idim ki,həkim Əlihadi İsgəndərovun hazirladigi dərman, qizimin inadi mənim həyata qayıtmağıma təkan vermişdi. Amma həyata uyğunlaşmaq mənə çətin idi. Hamidan gizlənmək,tək qalmaq istəyirdim. İnsanlarla bir yerdə olanda,. onlarla unsiyyət edəndə mən özümü ruh kimi hiss edirdim. Bu məni çox sıxır, əzab verirdi.

Ölümdən qayıdandan sonra xəstə yenidən həkim, Quranın mükəmməl bilicisi Əlhadi İsgəndərova müraciət etdiyini deyir. Logman ona hansı məsləhətləri verir yəqin ki, oxucularimiza da maraqli olar.

-Doktor, mən çox ağır cətin bir yol gəlmişəm və iki yol ayrıcında qalmışam. Belə vəziyyətdə qalmaq mənə çox ağırdır. Nə edim?

Həm həkimlik təcrübəsindən, həm də mükəmməl dini biliklərindən çıxış edərək Əlhadi İsgəndərov ona bu məsləhətləri verir.

-Mən öz məsləhətlərimi Qurani Kərimə istinadən verməyə çalışacam. Çünki bütün Kainat onun içindədir. Quranı mükəmməl bilməklə biz dünyanın sirlərini mükəmməl bilmiş oluruq. Quran da. elm də sübut edir ki, bu dünyaya paralel dünya var. (Əslində elm özü də Qurandan götürülüb.). Arada bir baryer var, biz o üzü görə bilmirik. Bizim bəyəm ata belində, ana bətnində olanda bu dünya barədə xəbərimiz var idi?

Bu dünya haqda anlayışımız olmadığı kimi o dünyanın mövcudluğunu da elə də dərk etmirik. Amma o dünya var. Dünyasını dəyişdi ,canın tapşırdı, canı çıxdı kimi ifadələr də təsadüfi deyil. Bu ifadələr biz öləndən sonra yeni bir həyatın başlayacağına işarədi. Amma dünyamızı dəyişməmişdən öncə ora aparacaqlarımız barədə düşünməliyik. Bu əməllərimizdir. Gözəl əməllərimiz çox olarsa o dünyanı daha çox qazanmış olarıq.

İnsan ömrü boyu yaşadığı cəmiyyətdə ədalət axtarır. Belə bir ədalət o dünyada mövcuddur. Hətta o dərəcədədir ki, sorğu zamanı ana balasına belə kömək etməyəcək. Allah hər şeydən keçir təkcə haqdan keçmir. Ona görə də hər bir kəsdən etdiyi yaxşılığa görə halallıq almaq lazımdır. Hər şeyin halallığın almaq çox vacibdir.

Həyatda bir nizam qanunauyğunluq var. Heç nə təsadüfi deyil. Hər şey zərurətdən yaranır.Sizin həyata yenidən dönuşunuz də təsadufu deyil.

Mən sizi başa düşürəm. Siz artıq ölümə çox yaxın olmusuz. Allah sizə onu dərk elətdirib və yenidən həyata qaytarıb ki, yarımçıq qalan işlərinizi tamamlayasız. Bir növ sizə yenidən ölüm və həyatı dərk eləyərəkdən yaşamaq şansı verilib.Ölum sizincün adiləşib,icinizdə yaşadıqlarınızı təkrar yaşamaq qorxusu var. Yol ayrıcında qalmağınızın səbəbi budur.Ancaq bilin ki,.intihar dində böyük günah sayılır.Verılən ömrü yaşamaq lazımdır. Əslində o dünya rahatlıqdır əməllərin olsa. Əməl çox vacib şərtdir. Qayidişınız Allahın bir xəbərdarlığıdır: Ehtiyatlı ol, bu üzə gələndə əlinə bir şey götür. Yaşamağa dayandiğınız yerdən başlayın.

Ölümdən qayıtmaq hər kəsə nəsib olmur. O qədər varlı insanlar var ki, xəstəliyə düçar olurlar, şəfa tapmaq üçün küllü miqdarda pul xərcləyirlər, amma heç bir fayda vermir. Allah tərəfindən sizə verilmiş şans hər kəsə nəsib olmur.

Qalan ömrünüzdə diqqətli olun. Çalışın səfərə hazırladığınız əməl zənbilini bacardıqca gözəl əməllərlə çox yükləyəsiniz.

Allahın buyurduğu vacibata- namaz oruc, həcc, cihada əməl etməyə calışın. Halalliq alib, halalliq verməyi özünüzdə vərdişə çevirin.

Ən xırda şeylərdə belə ədalətli olun.

Ömrü verən Allahdır, bunu insan adına yaşamaq isə bizim borcumuzdur.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024