Mobil versiya
‘Oğru dünyası’nın ‘Yaponçik’inin acı həyat hekayəsi - VİDEO
Tarix: 11-10-2016 | Saat: 12:22
Bölmə:Seçilənlər-5 | çapa göndər



Oğru dünyasında “Yaponçik” ləqəbi ilə tanınan Vyaçeslav Kiriloviç İvankov 1940-cı il yanvarın 2- də Odessa yaxınlığındakı kiçik “Xutor”da anadan olub. Səkkizinci sinfi bitirəndən sonra o özünün istəyi ilə sirk məktəbinə gedir. O, gimnastika sahəsini seçir. İlk illərdə uğurlu nəticələr əldə etsə də, sonradan uğursuzluğa düçar olur. Məşqlərin birində o hündürlükdən yıxılır və kəllə-beyin travması alır. Bu səbəbdən də o məktəbi tərk edir. Bundan sonra sexlərin birində dülgər kimi işləyir. Gələcəyin qanuni oğrusu bu aləmin əsas qaydasını pozur və 20 yaşında Lidiya adlı qadınla ailə həyatı qurur.Onların bu evlilikdən bir oğlu da olur. Gənc yaşlarında yenidən uğursuzluq onu təqib edir. Dəhşətli avtomobil qəzası keçirən gənc ikinci dəfə başından ciddi travma alır. Bu hadisədən sonra onun sağlamlığında problemlər yaranır.
İlk həbs həyatı…
SSRİ-nin əfsanəvi qanuni oğrusunun ilk həbs həyatı cibgirliyə görə olur. 1965- ci ildə yerli vətəndaşın pulunu oğurladığına görə o həbs olunur. Onun iki dəfə travma almsına görə əsəb dispanserində müalicəyə göndərirlər. O, burada boş vaxtlarında kitab oxuyur, zehni oyunlar oynayır, ailəsi ilə görüşür. Bunun sayəsində bir qədər normal vəziyyətə qayıdır. 1966- cı ilin 18 iyulunda o müalicə aldığı xəstəxanadan qaçır.Bundan sonra onun həyatının çətin illəri başlayır. Beləliklə o oğru aləminə daxil olur. Ona ləqəb verilməsinin də maraqlı tarixçəsi var.“Yaponçik” ləqəbininin maraqlı tarixçəsi…Bu ləqəb ona gözünün bir qədər qıyıq olduğuna görə, kriminal aləmdə özünə “xaç atası” hesab etdiyi “Monqol” ləqəbli Gennadi Korkov tərəfindən verilib. Şahidlərin dediyinə görə, İvankov hələ məktəbdə oxuyarkən o zamanların ən məşhur banda başçılarından olan “Monqol”a qoşulur. 16 yaşında boks üzrə SSRİ idman ustası normativini ödəmiş İvankov “Monqol”un yanına “Bitumşik” ləqəbli başqa bir avtoritetin məsləhəti ilə gedir. Bu həmin Bitumşikdir ki, ona bu ləqəbi caynağına keçirdiyi qurbanının sir-sifətini qaynar qırla yandırdığına görə vermişdilər. İvankov əvvəlcə onun yanında “dərs” alır. Amma sonradan KİV-ə verdiyi müsahibələrinin birində etiraf edəcəkdi ki, bu cür vəhşi üsulla adama əzab vermək onda ikrah doğurduğundan Bitumşikdən aralanıb, “Monqol”un dəstəsinə keçir.Oğlu və həyat yoldaşı“Monqol”un yanında isə İvankov tez bir zamanda bandanın aparıcı üzvlərindən birinə çevrilir.
Silsilə qətllər...
60-cı illərin ortalarından etibarən banda öz fəaliyyətini paytaxt Moskvaya “transfer edir”. Çoxsaylı oğurluqlar, vəzifə sahiblərindən təhdid yolu ilə pul qoparılması, qətllər tezliklə Moskva milisini də ciddi fəaliyyətə keçməyə məcbur edir. Bandanın içərisinə yeridilən agentlərin köməyi ilə tezliklə “Monqol” və dostları ələ keçir. Yaxalanalar arasında artıq “Yaponçik” ləqəbi almış İvankov da var idi. 1972-ci ildə banda üzvlərinin məhkəməsi olur. İstintaq və məhkəmə heç nəyi sübut edə bilmir. “Monqol” 14 il azadlıqdan məhrum edilsə də, İvankov məhkəmə zalından azad edilir.Amma hökmdən bir neçə gün keçir, içəridən gələn “ksiva”dan məlum olur ki, “Monqol” “Yaponçik”in varisi elan edib. Bir DTK agenti onu belə təsvir edirdi: “Bu adam canavar kimidir. Adam öldürmək, ev qarət etmək, kiməsə hədə-qorxu gəlmək, bir sözlə, bütün cinayətlərə gedirdi. 70-ci illərin kriminal elementlərinin əsas qurbanları mağaza sahibləri, gizli sex işlədənlər, kolleksiya toplayanlar və s. idi. Bu bandanın qurbanları qorxularından heç vaxt milisə şikayət etmədikləri üçün cinayətkarların da izinə düşmək mümkün olmurdu”.“Yaponçik”in ABŞ həyatı…ABŞ- da nikaha girdiyi qadın1981-ci ildə növbəti dəfə tutulan İvankov 10 il sonra azadlığa çıxıb. Maraqlıdır ki, o vaxtlar "qanuni oğru"nun buraxılması üçün Rusiyanın ünlü müğənniləri, artistləri, hüquq müdafiəçiləri zəmanət vermişdilər. Həbsdən çıxdıqdan bir il sonra o, məşhur aktyor-rejissor Rolan Bıkovun çəkiliş qrupu ilə ABŞ-a uçub və həmin vaxtdan orada qalıb. ABŞ-da leqallaşması üçün "Yaponçik" hətta bir amerikalı qadınla nikaha girib.İvankovun Nyu-Yorkun Bruklin səmtində peyda olması ilə keçmiş SSRİ-dən çıxanların sifarişli ölümləri kəskin şəkildə artmışdı. Federal Təhqiqat Bürosu bir müddət "Yaponçik"i izləsə də, həbs etməyə səbəb tapa bilmir. 1995-ci ildə belə səbəb tapılır: tanışları "Yaponçik"ə müraciət edərək pul problemini həll etməsini istəyirlər. Onların sözlərinə görə, "Çara-bank"la bağlı olan iki biznesmen onlardan iri məbləğdə pul aldıqdan sonra ABŞ-da gizlənib. "Yaponçik" biznesmenlərdən pulu qaytarmalarını tələb edir və ilişir. 1997-ci ildə ABŞ məhkəməsi rusiyalı avtoritetə 9,7 il iş kəsir.Amerikanın "Allenvud" həbsxanasında yatır. 2004-cü ilin yayında Rusiyaya deportasiya olunan Vyaçeslav İvankov tezliklə burada həbs olunur. Ona qarşı iki türk iş adamını qətlə yetirmək maddəsi ilə ittiham irəli sürülür. Lakin məhkəmə "Yaponçik"ə bəraət verir. Vyaçeslav İvankovun Tariyel Oniani və Aslan Usoyanın "qanuni oğru" klanları arasında münaqişənin həllində iştirakı barədə məlumatlar səslənirdi. Bundan başqa, "Yaponçik" 2008-ci ilin payızında Moskva restoranlarından birində 12 avtoritetə "qanuni oğru" adı verilməsi mərasimində iştirak edib.Əfsanəvi oğrunun güllələnmə anı…

Vyaçeslav İvankov 2009-cu il iyulun 28-də naməlum şəxslər tərəfindən Moskvada güllələnib. Avtoritetə Xoroşevski şossesi, 25 ünvanında yerləşən "Tayskiy slon" restoranından çıxan zaman atəş açılıb. "Qazel" avtomobilində gizlənən killer təxminən 70 metrdən "Draqunov" tipli snayper tüfəngi ilə onun qarnından vurub. Bir neçə mürəkkəb cərrahiyyə əməliyyatına baxmayaraq, kriminal avtoriteti xilas etmək mümkün olmayıb. O, uzun müddət Moskvadakı xəstəxanalardan birində müalicə edilsə də, oktyabrın 9-da səhər tezdən dünyasını dəyişib. Adətən xaricdə yaşayan "Yaponçik" sui-qəsddən bir neçə gün öncə Moskvaya iki qruplaşma arasındakı münaqişəni həll etmək üçün gəlibmiş. Vyaçeslav İvankov 2009-cu il oktyabrın 13-də Moskvadakı Vaqankov qəbiristanlığında dəfn edilib. İvankovun "Yaponçik"dən də başqa ləqəbləri var: "Yaponiyalı", "Assuriyalı yeznə", "İvanes"...
[media=https://youtu.be/Pz8jzI7-c0s]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə