Mobil versiya
Dünyanın ən böyük pivə bayramı başlandı - FOTOLAR
Tarix: 19-09-2016 | Saat: 12:47
Bölmə:Seçilənlər-5 | çapa göndər




Almaniyanın Münhen şəhərindəki Tereza çölündə ənənəvi "Oktoberfest" pivə festivalı başlanıb.

Leysan yağışa və gücləndirilmiş təhlükəsizlik tədbirlərinə rəğmən festivalın təntənəli açılış mərasiminə on minlərlə insan yığışmışdı.

Münhenin burqomistri Diter Reyter ənənəyə uyğun olaraq ilk pivə çəlləyini xüsusi çəkiclə vurub, açıb.
Festivalın təhlükəsizliyini 600 polis təmin edir. 450 mühafizəçi isə festivalın keçirildiyi əraziyə daxil olanları yoxlayırlar.
Səs-küylü və şən festival iki həftə davam edəcək.

İlk "Oktoberfest" 1810-cu ildə taxt-tac varisi, şahzadə Lüdviqlə şahzadə Saksonlu-Hildburqhauslu Terezanın toyu şərəfinə keçirilmişdi. 1819-cu ildə isə festivalın təşkili və idarə olunması Münhen şəhər şurasına həvalə olunub.

1487-ci ildə Bavariyada qəbul olunmuş "Pivənin təmizliyi haqqında" qanuna müvafiq olaraq "Oktoberfest"də yalnız yerli pivə verilir. Bu səbəbdən də festivalda ənənəvi olaraq Münhenin 6 pivə istehsalçısı ("Paulaner", "Augustiner-Brau", "Lowenbrau", "Hofbrau", "Hacker-Pschorr-Brau" və "Spaten-Franziskaner-Brau") təmsil olunublar. milli.az

Tereza çölündə 119 min nəfərlik çadırlar qurulub. Ən böyük pivə çadırı 11 min nəfər üçün nəzərdə tutulub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024