Mobil versiya
Təzadlı tarixi gün
Tarix: 10-05-2016 | Saat: 13:14
Bölmə:Seçilənlər-4 | çapa göndər



Şuşa Azərbaycanın ürəyidir. Bu məmləkəti Qarabağın paytaxtı, ya da gözəlliyinə görə balaca Paris də adlandırmaq olar.

Şuşanın işğalı 9 mayı ermənilər təntənə ilə qeyd edir. Qondarma Qarabağ rejimi 9 mayda Xankəndində hərbi parad keçirməklə buna eyham vurur. Amma 9 may bizdə rəsmi səviyyədə qələbə günü kimi qeyd edilir. Bəşər tarixinin dəhşətli müharibələridən sayılan 2-ci dünya savaşının qurtarmasının 71-ci ili tamam olur. Bu dünya savaşında 600 min cəbhəyə gedən oğul və qızlarımız heç özləri də bilmədən xalqlar həbsxanası sayılan qırmızı imperiyanın yaşaması uğrunda can qoydular. Müharibədən sonra da düz 1991-ci ilə kimi sovet rejimi Azərbaycanı kölə kimi saxlamışdır. Bir anlıq düşünək, Hitler Almaniyası Stalinqradda qalib gəlsəydi və alman ordusu Bakıya daxil olsaydı nə baş verərdi? Rusları küncə sıxan Amerikan- ingilis ordusu 2-ci cəbhəni aça bilməzdi. Bu ərəfədə bütün Avropa Türkiyə, İran və Hindistan Hitlerin nəzarətinə keçəcəkdi. Şərqdə yapon ordusu Sibirə kimi rusları sıxışdıracaqdı. Almanlar və yaponlar dünyada ağalıq etməyə nail olsaydı, dünyanın siyasi mənzərəsi başqa cür olacaqdı. Qafqaz almanların nəzarəti altına keçsəydi Azərbaycanda bu gün şovinist rusların yox, müasir və inkişaf etmiş almnların təsiri hiss olunurdu. Çox ehtimal Qarabağ münaqişəsi olmazdı çünki Hitlerin planlarında rusdan fərqli böyük erməni dövləti yox idi. Ən əsası bizə acı yaşadan Qarabağ problemi də yox idi. Sovet Rusiyası Bakı nefti olmasaydı nə Moskva nə də Stalinqrad döyüşlərini uda bilməzdi. Almanların Qafqazı nəzarətdə saxlaması ingilis-amerikan maraqlarına zidd idi. Düzdü Ruzvelt və Çörçil SSRİ-ni almanlardan daha qorxulu qüvvə kimi görürdü. Amma almanlar rusları geri oturtsaydı bu ingilislərə baha başa gələ bilərdi. Çünki İngiltərə və Amerikadan fərqli rus cəbhəsində faşistlər qurudan genişmiqyaslı əməliyyat keçirirdi. Hitler İngiltərəni havadan bonbardman edir və hərbi gəmilərini məhv edirdi. Qurudan əməlyatlar getmirdi. Rəsulzadə eşqi hələ sönməyən on minlərlə gənc cəbhədə qəsdən almanlara əsir düşür və Qafqaz legionerləri sırasında sovet ordusuna qarşı mübarizə aparırdılar. Kilometrlərlə uzanan vaqon-vaqon neft çənləri rusları xilas etmək üçün Moskvaya gedirdi. Amma bunun müqabilində Bakıya qəhrəman şəhər statusu verilmədi. Stalinqradda misilsiz qəhrəmanlıq göstərən Həzi Aslanova Azərbaycanlı olmasına görə 2-ci dəfə Sovet İttifaqı qəhrəmanı adı verilmirdi. Yalnız mərhum akademik Ziya Bünyadovun səyləri nəticəsində 1991-ci ildə ona bu ad verildi.

Azərbaycanlılar, gürcülər, ukraynalılar və bir sıra başqa xalqlar 2-ci dünya müharibəsində rus imperiyasına görə vuruşduqlarına bu gedişlə çox peşmançılıq çəkəcəklər. Əsl qələbə günü fikrimcə Şuşada və Xankəndinin işğaldan azad olunduğu gün olacaq.

Şirxanlı Rövşən.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024