-Azərbaycan Suriyaya qoşun göndərəcək
Tarix: 30-11-2016, 13:59 | Saat: 15:47:00
Bölmə:Seçilənlər-4 | çapa göndər

-Azərbaycan Suriyaya qoşun göndərəcək

Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri sensasiyalı məlumat yayıb.

Nəşrin məlumatına görə, yaxın günlərdə Azərbaycan Suriyada aparılan terror əleyhinə əməliyyata qoşula bilər.

“Hələbin şimali-şərq rayonlarının azad edilməsi Suriya prezidenti Bəşər Əsədin tərəfində fəaliyyət göstərən Rusiyanın rəhbərlik etdiyi qüvvələrin gücünün artmasını göstərir. Əgər Suriyanın ən böyük şəhərinə hücumun tempi artarsa, şəhərin azad edilməsi tezliklə həyata keçə bilər. Deməli, Suriya Ərəb Respublikasında vəziyyətin tənzimlənməsi məsələsində keçid dövrü başlayır”, - nəşr iddia edir.

“Ölkədə tərəflərin atəşkəs prosesinə “mavi dəbilqəlilər” kimi Rusiya və Suriyanın müttəfiqləri olan bir sıra ölkələrdən hərbi kontingentin cəlb ediləcəyi istisna edilmir. “NQ”nin Rusiya hərbi-diplomatik mənbələri bu ölkələr sırasında Misir, Çin, Serbiya və ilk növbədə, Azərbaycan və Ermənistanın adını çəkir”, - nəşr “Əsəd dəstək alır” yazır.

Rusiya nəşrinin mənbələri Moskvanın fikrincə, İŞİD-in əsas qüvvələri məhv edildikdən sonra humanitar aksiyalarda (ərazinin minalardan təmizlənməsi, münaqişəli tərəflər arasında vasitəçilik və s.) və sülhməramlı prosesdə Rusiya və onun Suriyada koalisiya üzrə müttəfiqlərinin fəal iştirakı gözlənilir.

Məlumdur ki, Serbiya hərbi təyyarələr vasitəsilə Suriyaya humanitar yüklər çatdırıb. Rusiya Müdafiə Nazirliyi isə Azərbaycana ərazinin minalardan təmizlənməsi prosesində iştirak etməyi təklif edib. “Düzdür, Bakı hələ susur”, - məqalənin müəllifi yazıb.шаблоны для dle 11.2



5478 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

17-01-2019
16-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}