Mobil versiya
KİFAYƏT XANIMA "KİFAYƏTDİR!" - DEYƏN TAPILACAQMI?
Tarix: 22-11-2016 | Saat: 11:46
Bölmə:Seçilənlər-4 | çapa göndər



Mentalitetimizdə formalaşmış tələbdir; azərbaycanlı ailələrdə oğul övlada valideynlər bir növ gələcək pensiya təminatı kimi baxırlar. O üzdən oğul intizarı çəkən ailələrdə dalbadal qız uşaqlarının çox doğulmasının qarşısını almaq üçün batil inanclara qapılır, zərif cinsdən olan körpələrinə Qızbəs, Yetər, Bəsti, Kifayət adları qoyurdular. Lakin az olmayıb ki, oğullar valideynlərinin gözləntiləruini doğrultmayıb, dünyaya gələndə ağız büzdükləri qızlar isə nəinki bir ailənin, bütöv bir nəslin, elin, ölkənin fəxarət ünvanına çevriliblər.

Haqqında söz açacağımız Kifayət xanım da erkən çağlarından rəfiqələrindən seçilib, "od parçası" kimi tanınıb, oxuyub savada yiyələnib. Balakəndə çox kişilərin işsiz-gücsüz qaldığı, ailəsinin dolanışığını təmin edə bilmədiyi indiki məqamda Kifayət xanım rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin (ƏSMM) Ünvanlı Sosial Yardım (ÜSM) sektorunun Talalar inzibati ərazi vahidi üzrə inspektoru işləyir. Həm də necə işləyir?!

Aldığımız dəqiq məlumata görə, Kifayət xanım sektora müraciət edən Talalar sakinlərindən qabaqcadan 1000-1500 manat civarında pul alaraq onlara ÜSY təyin etdirir. Bu şərtə boyun əyməyəm yoxsulların yardım almaq ümidləri boşa çıxır. Gileylənən vətəndaşları heç nədən çəkinmədən acılayan Kifayət xanımın ən yaxın arxadaşı və pulyığanı, korrupsiya ortağı, həm də müəyyən mənada cangüdəni onun həyat yoldaşıdır. Görün, bu heç də yüksək maaşı olmayan vəzifəni Kifayət xanım nə qədər perspektivli bir gəlir mənbəyinə çeviribsə, bütün nəslin, qohum - əqrəbanın güzəranını təmjin edib.

Bütün bunlar və Kifayət xanımın qol qoyduğu digər qanunsuzluqlar barədə topladığımız material barədə Balakən ƏSMM direktoru Hüseyn müəllimi məlumatlandırıb münasibət bildirməsini xahiş etdik. O isə təxmin etdiyimizin əksinə olaraq, işçisini müdafiə etmək əvəzinə, "Nə fakt toplamısınız - verin prokurorluğa, qoy araşdırıb lazımi tədbir görsünlər".

Belə çıxır ki, ya Kifayət xanım birbaşa tabe olduğu Hüseyn müəllimlə hesablaşmır, ya da direktorun başı üzərindən "iş aşırır". Əsl həqiqəti üzə çıxarmaq, Kifayət xanımın qanunazidd əməlləri nəticəsində dövlətə dəyən zərərin həcmini müəyyənləşdirib ona "kifayətdir!" - deməkçün Nazirlik səviyyəsində komissiya təşkil edib Balakənə göndərmək lazımdır.

Kənan Məmmədzadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024