Düşmən aprel döyüşlərində 320 əsgərini itirib
Tarix: 13-05-2016, 14:31 | Saat: 15:47:00
Bölmə:Seçilənlər-4 | çapa göndər

Düşmən aprel döyüşlərində 320 əsgərini itirib


"Aprelin əvvəlindəki döyüşlər zamanı düşmənin 30-dək tankı məhv edilib, 320 döyüşçü öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb".

Aia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli Məclisdə "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri” mövzusunda keçirilən dinləmələr zamanı məlumat verib.

O, qeyd edib ki, Müdafiə Nazirliyi aprelin əvvəlində Ağdərə-Tərtər-Ağdam və Füzuli rayonları istiqamətində düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirdi, sıradan çıxardı. Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi.

Onun sözlərinə görə, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib. «Silahlı Qüvvələrin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi və bu, uğurla yerinə yetirildi.

Düşmən tərəfi bu hadisələr zamanı Ermənistandakı bütün qüvvələri bölgəyə cəlb etmişdi. Ancaq əməliyyatlar zamanı Azərbaycanın hərbi qüvvələrinin ön mövqedəki qüvvələrinin bir qismi cəlb olunmuşdu. Azərbaycan Şəmkir korpusunu, Naxçıvandakı əlahiddə ordunu, hərbi təyyarələri bu əməliyyatlara cəlb etmədi. Bununla belə, düşmənin səyləri heç bir nəticə vermədi”, - Dərgahlı əlavə edib.шаблоны для dle 11.2



51 650 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

15-02-2019
14-02-2019
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
{sape_links}{sape_article}