Mobil versiya
Jurnalistlərimizin Ohanyanı çətinə salan Qarabağ sualı
Tarix: 28-04-2016 | Saat: 12:51
Bölmə:Seçilənlər-4 | çapa göndər



Moskvada səfərdə olan Ermənistan müdafiə naziri Seyran Ohanyan azərbaycanlı jurnalistlərin suallarına cavab verib.

Aia.az-in məlumatına görə, erməni nazir bu barədə özü danışıb. Ohanyan bildirib ki, Moskvada tədbirdə fasilə zamanı azərbaycanlı jurnalistlər yaxınlaşaraq Qarabağla bağlı gözlənilmədən sual ünvanlayıb:

"Azərbaycanlı jurnalistlər mənə yaxınlaşdılar və Ermənistannın niyə münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını soruşdular. Mən onlara cavab verdim ki, Ermənistan həmişə danışıqların tərəfdarı olub. Amma bütün bu danışıqlardan Azərbaycan imtina edir. Bu reallıqda danışıqların prosesi haqqında danışmaq mümkün deyil".

Erməni nazir həmçinin bildirib ki, Moskva səfəri zamanı Rusiya tərəfi Azərbaycan müdafiə naziri ilə görüşlərinin planlaşdırılmasına cəhd etməyib: "24 aprel tarixindən başlayaraq indiyə qədər cəbhədə atəşkəs pozulur. Xüsusən gecə saatlarında bütün artilleriya sistemlərindən istifadə olunmaqla atışma baş verir. Belə şəraitdə danışıqların bir mənası yoxdur".

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024