Mobil versiya
80 saylı bufet içində məktəb
Tarix: 23-10-2015 | Saat: 18:03
Bölmə:Seçilənlər-2 / Təhsil / Karusel | çapa göndər


Bakının Sabunçu rayonundakı 80 nömrəli orta məktəbin 3 mərtəbədən, 23 sinif otağından ibarət 480 şagird yerlik əlavə korpusu Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keçən il əsaslı şəkildə yenidən qurulub.Xatırladaq ki, Prezident İlham Əliyev şəxsən özü bu təhsil müəssisəsində aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olmaq üçün məktəbə təşrif buyurmuşdu. Doğrudur, bu hadisə məktəbin kollektivini - müəllim heyətini, şagird kontingentini və valideynləri sevindirsə də, bütün müşahidələrdən belə görünür ki, ən çox qazancla çıxan məhz direktor Əlislam Abbasquliyev olmuşdur.
Ölkə başçısın “qonaq etməyin” eyforiyasını yaşayan, onunla yanaşı addımlayıb lütfündən yararlanmağı əlində bayraq edərək bir növ özünü toxunulmaz sayan Əlislam müəllim məktəbin idarəetməsində sabiq təhsil nazirinin dönəmindən qalma metodlardan hələ də istifadə etməkdə, M. Mərdanovun ənənələrini yaşatmaqdadır. Nə də yaxın vaxtlarda həmin o əski üsullardan imtina edəcəyi görünmür. Rəhbərlik etdiyi təhsil müəssisəsində “gestapo” rejimi quran direktor hətta məktəbin bufetində də biznes quraraq, maksimum qazanc əldə etmək istəyir. Nəfsinin itiliyindən, şagirdlərə evdən çantalarına xörək qoyub məktəbə gətirməyi və bufetdə yeməyi qadağan edib. Bununla o, uşaqları məcbur etmək istəyir ki, məcbur olub bufetdə pul xərcləsinlər. Görünür, bufetin gəlirlərinin əhəmiyyətli bir hissəsi direktorun cibinə gedir ki, bu işdə maraqlıdır. Bir daha xatırladaq ki, söhbət şagirdlərin evdən gətirdikləri xörəkdən gedir, küçədə satılan, mənşəyi məlum olmayan ət və ətdən hazırlanan dönər və hamburgerdən yox. Amma nə biz, nə də oxucular o qədər sadəlövh deyilik, Əlislam müəllim bizi inandırmağa çalışmasın ki, o uşaqların qədrini onların analarından çox bilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə