Mobil versiya
Ağsu aşırımında torpaq sürüşməsi, yol bağlandı - FOTO
Tarix: 06-02-2017 | Saat: 13:16
Bölmə:Seçilənlər-2 / Manşet | çapa göndər

Ağsu aşırımında torpaq sürüşməsi, yol bağlandı - FOTO




Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu km-də torpaq sürüşməsi aktivləşib.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir və sözügedən hissədə yol 40-50 sm çöküb.

A.Nəcəfli qeyd edib ki, sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə “Azəravtoyol” ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

"Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024