Mobil versiya
Avtobusda zorlanan Azərbaycanlı qadın: "Kaş ki, öləydim, məni o qədər..."
Tarix: 11-01-2017 | Saat: 14:13
Bölmə:Seçilənlər | çapa göndər




Mindiyi avtobusda təcazüzə uğrayan iki uşaq anasının vəziyyəti pisləşib


Ankarada evə getmək üçün mindiyi avtobusda təcazüzə uğrayan iki uşaq anasının vəziyyəti pisləşib.

"Kaş ki, ölərdim. O qədər acı çəkirəmki..."

Bu sözləri bir neçə gün öncə Türkiyənin paytaxtı Ankarada evinə getmək üçün mindiyi avtobusda sürücünün təzəvüzünə məruz qalmış 37 yaşlı, iki uşaq anası olan Azərbaycan vətəndaşı qadın deyib. Ötən gün qadın başına gələn fəlakətdən sonra vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. "Hürriyət"in yazarı Ayşe Armanla görüşən qadın başına gələnlərdən özünü günahkar bildiyini də deyir.

"Kaş ki təcavüzə uğrayan yerdə ölmüş olardım. Dayanmadan ağlayıram. Öz günahım varmış kimi utanıram. Çox adam mənim yanımda olduğumu deyir, yanlız qoymurlar. Məncə özümə nə isə edə biləcəyimdən qorxurlar. Amma özümü yanlız hiss edirəm. Sanki həyatım bitib. Çox pisəm".

İngilis dili müəllimi olan qadının sözlərinə görə, həmin gün havanın temperaturu -11 dərəcə olub. İşləri də gec bitib. "Saat 22.30-da evə dönməli idim. Hər zaman o dayanacağa qədər gəlir, sonra evə piyada gəlirəm. Amma o gün çox soyuq idi. Kaş ki avtobusa minməzdim, taksi ilə gedərdim. İctimai nəqliyyatın təhlükəsiz olduğunu düşündüm.

İnsanlar mənə gözəl deyirlər. Gözəl omaq istəmirəm. Mümkün qədər çirkin olmaq istəyirəm.

O, şəxsin mənim başıma gətirdiklərinin nə qədər qorxunc olmasını hiss etməsini istəyirəm. Bir insan insana bunu etməz, cəzasını çəkməsini istəyirəm. Mənim haqqımda söylədiyi yalanlar var, onlar da məni dəli edir. Sən bir insana edə biləcəyin ən böyük pisliyi et, bu da yetməzmiş kimi iyrənc, çirkin yalanlar danış. Mənim vəziyyətimi görənin ürəyi ağrıyır. Ağzım, üzüm tanınmaz haldadır. O adamla öz istəyimlə necə birlikdə ola bilərəm?".

Qadın yaşadıqlarının və başına gələ biləcəklərin qorxusu altında olduğunu da etiraf edib. "Birdən cəza almasa, sərbəst buraxılsa... Gəlib məni tapıb öldürər. Yarım qoyduğu işi bitirər. Mən bu qorxu ilə yaşayacağam?..."

Zorlama hadisəsi yanvarın 6-da baş verib. Türkiyənin paytaxtı Ankarada Azərbaycan və Türkiyə vətəndaşı olan bir qadın mindiyi ictimai nəqliyyat avtobusunun sürücüsü tərəfindən cinsi təcavüzə məruz qalıb. Təcavüzkar 37 yaşlı iki uşaq anasını elə avtobusun içərisində zorlayıb. Məktəbdə ingilis dili müəllimi işləyən qadın avtobus sürücüsü İbrahim Tuncaydan "mən 200 metr irəlidə düşəcəm, minə bilərəmmi", - deyə soruşub. Sürücü isə razılıq bildirib. Ancaq sürücü çatdığı dayanacaqda düşmək istəyən qadını buraxmayıb. Qapını açmayan İbrahim Tuncay "səni qayıdanda düşürəcəm" deyərək, iki əliylə qadının boğazından yapışıb və onu avtobusun oturacaqlarından birinə sürüyüb.

Həmin gecə başına gələnlər barədə 37 yaşlı qadın sonradan polisə məlumat verib. "Avtobusdan düşərkənsə "polisə və ya birinə söyləsən səni taparam, təcavüz edirəm, boğazını kəsərəm" deyib hədələdi".

Bundan sonra sürücü İbrahim Tuncay saxlanılaraq ifadəsi alınıb. Məlum olub ki, o, zorladığı qadının üzüyünü də əlindən alıb. Buna görə də ona qarşı "zorlama və oğurluq" iddiası ilə cinayət işi başlanılıb. Öz ifadəsində isə saxlanılan şəxs qadının könüllü olaraq ona "təslim" olduğunu iddia edib. Sürücünün iddiasına görə, iki uşaq anası olan qadın ona "ara küçələrə gir, qaranlıq bir yer tap, avtobusu dayandır və sonra yanıma gəl" deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024