Mobil versiya
Əsgər ölümünə görə komandirlər 27 il müddətinə həbs edildi – FOTO
Tarix: 21-10-2016 | Saat: 10:37
Bölmə:Seçilənlər | çapa göndər



Bu gün Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Bilacəridəki N saylı hərbi hissəsində əsgər Tapdıq Babaşovun intiharı, digər əsgərlərə işgəncə verilməsində təqsirləndirilən manqa komandirləri Ruslan Cavadov, Elməddin Babayev və Cəmil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Prosesdə hökm oxunub.

Təqsirləndirilən şəxslərdən Ruslan Cavadov 10 il, Elməddin Babayev və Cəmil Ağayevin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər əsgərləri, o cümlədən Tapdıq Babaşovu sırada düzgün addımlamamaq, axşam “yat” komandasından sonra öz aralarında danışmaq və başqa bəhanələrlə döyüblər.

Hadisə baş verən gün isə Tapdıq Babaşov tualeti yumaq göstərişinə əməl etmək istəmədiyinə görə manqa komandiri Ruslan Cavadov onu elə ayaqyolunda döyüb, çəkməsinin ipi ilə boğub. Bundan sonra Babaşov özünü üçüncü mərtəbədə yerləşən ayaqyolunun pəncərəsindən ataraq intihar edib.

Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə təqsirləndirilirlər.



Əsgər ölümünə görə komandirlər 27 il müddətinə həbs edildi – FOTO




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024