Mobil versiya
Obama Di Kaprionu dəli adlandırdı (FOTO/VIDEO)
Tarix: 05-10-2016 | Saat: 11:27
Bölmə:Seçilənlər | çapa göndər



Hər zaman ətraf mühit problemləri ilə yaxından maraqlanan, tez-tez maddi yardımlar göstərən Hollivud aktyoru Leonardo DiKaprio ABŞ prezidenti Barak Obama ilə görüşüb.

"Ağ Ev”də baş tutan görüş zamanı qlobal istiləşmə və iqlim dəyişikliyi mövzusunda müzakirə aparılıb.

Müzakirələr zamanı DiKaprio ekoloji problemlərin dünya üçün getdikcə daha ciddi təhlükəyə çevrildiyini vurğulayıb.

B.Obama da öz növbəsində iqlim dəyişikliyinin bəzi bölgələrdə sosial böhranlara səbəb olacağını söyləyib. Obama görüş zamanı DiKaprionu Marsa getmək arzusundan dolayı dəli adlandırıb. Belə ki, aktyor "Before the flood” sənədli filminin müzakirəsini aparanda arzunu dilə gətirib.
Prezident isə bunu yaxşı mənada dəlilik hesab etdiyini deyib.

Görüşdən olan fotoları oxuculara təqdim edirik:






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024