Mobil versiya
Maliyyə idarəsinin rəisindən müdhiş faktlar - FOTOLAR-VİDEO
Tarix: 11-08-2016 | Saat: 14:44
Bölmə:Seçilənlər | çapa göndər

Maliyyə idarəsinin rəisindən müdhiş faktlar - FOTOLAR-VİDEO


Maliyyə idarəsinin rəisindən müdhiş faktlar

Bərdəni talayan Maliyyə İdarəsinin rəisi əməllərini indi Yevlaxda davam etdirməkdədir. Rza Əliyev müəmmalı şəkildə iş yerini dəyişərək Bərdədən Yevlaxa transfer olunub. Bu təyinatın sirri açıqlanmasa da, ehtimal olunur ki, onu Bərdədən uzaqlaşdırmaqla maliyyə yeyintiləri ilə bağlı söz-söhbətlərə son qoymaq istənilib.

Amma adı müxtəlif maliyyə xəyanətlərində və maxinasiyalarda hallanmış R.Əliyev ənənəsinə sadiq qalaraq Bərdədəki talan siyasətini Yevlaxda əsirgəmir.

Maliyyə İdarəsinin rəisi Bərdəni çapıb talamaq hesabına bu rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub. Yevlaxda “vəzifəsini” yüksək səviyyədə davam etdirsə, mal-mülkün sayını artıra bilər.

Onun varidatının günbəgün genişlənməsi heç də idarə rəisi kimi aldığı əmək haqqı ilə reallaşmayıb. Bərdədə maliyyə yeyintilərini gizli şəkildə həyata keçirmək R.Əliyevi varlandırıb. O, Bərdədə bütün dövlət layihələrinin icrasında maliyyə maxinasiyalarını ustalıqla həyata keçirib.

Politika.Az-a daxil olan məlumatda bildirilir ki, abadlıq-quruculuq və yol tikintisi üçün Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən 30 milyon manata yaxın pul vəsaiti ayrılıb.

Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub. Qalan vəsaitin hara sərf olunması məlum deyil. Maliyyə İdarəsinin rəisi bu qanunsuz əməldə pay sahibidir.

R.Əliyev büdcə vəsaiti hesabına görülmüş işlərə ödəniş həyata keçirərkən, görülmüş işlərə komissiya tərəfindən baxış keçirilib aktlaşdırmasını təmin etməli və sonra pulun ödənilməsinə sərəncam verməli idi.
Lakin o, bu işlərin heç birini etməyib. Elə bunun nəticəsidir ki, R.Əliyevin nəvəsi Şahin Şahlarzadə Bərdədə “meydan sulayır”.

İdarə rəisinin kürəkəni işində verdiyi nöqsana görə qovulub. Belə ki, sabiq polis zabiti Vüqar Şahlarzadə indi qayınatasının biznesini idarə edir. Onun oğlu olan Şahin isə babasına - idarə rəisi R.Əliyevə güvənərək Bərdədə “at oynadır”.

İddialara görə, Şahinin ətrafındakı bəzi dostları arasında narkotik aludəçisi olanlar var. Həmin gənclər R.Əliyevin nəvəsi ilə birlikdə kef-damaqda, müxtəlif yerlərdə istirahətdədirlər.

Onlar Şahinin babasının hesabına Gürcüstanda, Türkiyədə, Qəbələ - İsmayıllıda gün keçirirlər. Üstəlik, Şahinin Feysbuk səhifəsində qeyri-etik fotolar paylaşdığı bildirilir.

Ölkə əhalisinin və o cümlədən Bərdə camaatının güzəranın ağırlaşdığı bir vaxtda, insanların işsizlikdən əziyyət çəkdiyi bir zamanda maliyyə idarəsi rəisi R.Əliyevin büdcədən çırpışdırdığı pullar hesabına nəvəsi kef çəkməkdədir.

Həmin video və fotolari şərhsiz diqqətinizə çatdırırıq:





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024