Mobil versiya
Dünyada ilk seks-kruiz! - Biletlər artiq satışdadır
Tarix: 21-07-2016 | Saat: 13:40
Bölmə:Seçilənlər | çapa göndər



Şirkət 2017-ci ildə "Yalnız böyüklər üçün" adlı bir neçə seks-kruiz turları təşkhttp://aia.az/engine/skins/bbcodes/images/typograf.gifil edəcək.

Son vaxtlaradək dəniz kruizləri o qədər darıxdırıcı hesab olunurdu ki, hətta təqaüdçülər də iştirak etməyə razı olmurdu. Meksikanın “Original Group” şirkəti buna son qoymaq qərarına gəlib. Şirkət 2017-ci ildə "Yalnız böyüklər üçün" adlı bir neçə seks-kruiz turları təşkil edəcək.

Şirkət özünün yeni "İstək" layihəsi üçün 690 nəfərlik yer ayırıb. Kruiz layneri Xorvatiya, Sloveniya və İtaliya limanlarına yola düşəcək. 8 günlük kruizdə sərnişinlər gəminin göyərtəsində seksual əyləncələrlə məşğul olacaq. Kruiz üçün xüsusi layner təchiz ediləcək: burada xüsusi oyun otaqları, çoxlu intim mağazalar olacaq. Səyahət zamanı qonaqlara mövzu ilə bağlı treninq proqramları da təklif ediləcək. Laynerdə bir neçə zona olacaq: Tam geyinmiş qonaqlar üçün, minimum geyimlə kifayətlənənlər və çılpaq zona. Gəmidə qonaqlar üçün qeyri-adi əyləncələr təşkil ediləcək, eləcə də xüsusi otaqlar ayrılacaq.

Bir nəfərlik biletin qiyməti 2883 dollardan 10 996 dollara qədər dəyişir. İlk kruiz 2017-ci il sentyabrın 26-dan oktyabrın 8-dək keçiriləcək. Əgər bu qəribə tədbir uğurlu olarsa, təşkilatçılar hər il belə səyahət etməyi planlaşdırırlar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024