Mobil versiya
Kəlbəcərlilər sabaha ümidlə baxır
Tarix: 25-04-2016 | Saat: 15:45
Bölmə:Seçilənlər | çapa göndər


Kəlbəcər rayonu bədnam qonşularımızın xəyanəti nəticəsində işğal olunduqdan sonra bu rayonun əhalisi respublikamızın 56 rayonunun 700 yaşayış massivində məskunlaşmışlar. Ölkə prezidenti İlham Əliyev cənablarının bütün qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğısı onların həyat eşqinin sabaha ümidlərini reallığa çevirən günün tezliklə olacağına zəmin yaradıb.
Kəlbəcər RİH-nin Başçısı cənab Aqil Məmmədov ölkə prezidentinin fərman və sərəncamlarına, apardığı uğurlu daxili və xarici siyasətə əsaslanaraq rəhbərlik etdiyi rayonun əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına, onların sosial-məişət məsələlərinin həllinə xüsusi diqqət göstərir. Son illərdə aparılan işlərin təhlili göstərir ki, Kəlbəcər RİH-nin həyata keçirdiyi məqsədyönlü tədbirlər öz bəhrəsini verməktədir. Aqil Məmmədovun icra başçısı təyin olunduğu gündən atdığı ilk addımlar sanki əhalinin itirilmiş ümidlərini özünə qaytarıb.
Kəlbəcər RİH Gəncə şəhərinin ərazisində yerləşir. Möhtərərəm prezidentimiz İlham Əliyev cənablarının tapşırığı ilə qaçqın və məcburi köçkünlərin həyat tərzini yaxşılaşdırmaq məqsədi ilə yeni şəhərciklərin salınması bütün qaçqın və köçkünlər kimi Kəlbəcər sakinlərinin də böyük sevincinə səbəb olmuşdur. Belə ki, 3500 ailə müasir üslubda tikilmiş mənzillə təmin olunmuşdur. Kəlbəcər əhaləsinin 62600 nəfərinə hazırda çörək pulu verilir. Əhalinin bütün komunal xərcləri dövlətimiz tərərfindən ödənilir. Respulikanın müxtəlif ali təhsil ocaqlarında təhsil alan Kəlbəcər köçkünlərinin övladları təhsil xərclərindən azaddır.
Dövlət Başçısının bütün tapşırıqlarının yüksək səviyyədə həyata keçirilməsinə böyük məsuliyyətlə səy göstərən Kəlbəcər RİH-nin Başçısı Aqil Məmmədov yorulmadan işləyir.Hal hazırda rayonda 800 nəfər işləməyən əhali dövlət tərəfindən müavinət alır (bu rəqəm əvvəllər 2000 olub). Respublikamızın müxtəlif rayonlarında məskunlaşan Kəlbəcər köçkünlərinin vəziyyəti ilə yaxından tanış olmaq üçün icra Başçısı Aqil Məmmədov ayda 4 dəfə gedib sakinlərlə maraqlanır, onların problemlərinin həll olunmasına yaxındən səy göstərir. Bu kimi bir çox xüsusiyyətləri nəzərə alaraq demək olar ki, Kəlbəcər əhalisinin həyatı etibarlı əllərdədir.
Yeri gəlmişkən demək istərdik ki, Dövlət Başçısının fərman və sərəncamlarını yüksək səviyədə həyata keçirməyə can atan, vətən həsrətilə yaşayan Kəlbəcər köçkünlərinin bütün ağrı və acısına məlhəm olmağı özünün ən böyük vətəndaşlıq borcu bilən bu rayonun Başçısı Aqil Məmmədovun gördüyü uğurlu işlərə kölgə salmağa cəhd göstərən bəzi mətbuat işçilərinin bəd niyyətli cəhdi oldu-olsa da təəssüf doğurur, ona görə ki, həqiqətə uyğun gəlməyən , reallıqdan uzaq olan məlumatların yazılması hər şeydən öncə qeyri peşəkarlıqdan xəbər verir. Diqqət yetirin, guya Aqil Məmmədovun qızının Amerikada “dollar qonaqlığı” verməsi hər şeydən əvvəl ona görə böhtandır ki, söhbəti gedən Başçının qızının heç xarici pasportu da yoxdur. Qızı evdar qadındır, 3 uşaq anasıdır. Hələlik fikrimizi qisa da olsa bu sözlərlə bitirmək istəyirik: çalışın həqiqəti yazın, şər-böhtan yalnız üz qarası gətirir. Mövzuya qayıdacağıq.

Cənnət Cənnətov








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024