Mobil versiya
Meliorasiya çətin və şərəfli peşədi
Tarix: 28-09-2017 | Saat: 16:07
Bölmə:Seçilənlər / Seçilənlər-1 | çapa göndər




Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafına ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş diqqət və qayğı bu gün Prezident
İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Dövlət başçısının sahəyə diqqəti və yaxından köməyi sayəsində bir çox layihələr başa çatdırılmış, bəzi layihələr uğurla davam etdirilir, bir çoxlarının isə həyata keçirilməsinə başlanılmışdır. Prezident meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq problemlərinin həllindəki rolunu nəzərə alaraq, sahənin inkişafını daim diqqət mərkəzində saxlayır, meliorasiya və su təsərrüfatı obyektlərində tikinti işləri ilə şəxsən tanış olur, obyektlərin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində iştirak edir.



Ölkə rəhbərliyi tərəfindən respublikanın su təsərrüfatına göstərilən diqqət və qayğıya cavab olaraq çox hörmətli cənab Əhməd Əhmədzadənin sədrlik etdiyi "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, istismarının lazımi səviyyədə həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bütün bacarıq və imkanlardan istifadə edərək səylə çalışmaqdadır.

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri ilə ünsiyyətdə olanlar Əhməd Əhmədzadənin simasında yüksək inkişaf etmiş, hər bir vətəndaşa və onun haqqına hörmətlə yanaşılan normal cəmiyyətlər üçün yüksək mədəni rəftarlı dövlət qulluqçusu görürlər. Cənab Əhmədzadə heç vaxt kabinet zəhmiylə özünü saydırmayıb. O, əlindəki imkanlardan insanlıq naminə istifadə edib və etməkdədir.
Məhz cənab Ə.Əhmədzadənin düşərli idarəçiliyi, təşkilatçılığı nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, yeni maşın və mexanizmlər alınmış, suvarma kanallarının, kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilmiş, suvarılan torpaqların su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılmış, yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, subartezian quyuları qazılmış, sel və daşqınlara qarşı çaylarda sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi, hündürləşdirilməsi işləri həyata keçirilmişdir.



Məlum olduğu kimi, dövlət başçısı tərəfindən kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin ölkəmiz üçün həmişə prioritet olduğu bildirilmiş, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əkin sahələrinin dövriyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, xüsusilə pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın inkişaf etdirilməsi üçün qarşımızda mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədilə ASC rəhbərinin göstərişi və mütəmadi nəzarəti ilə magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmiş, bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədilə cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülmüşdür. Aparılan təmir və bərpa işləri kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasını təmin etmişdir.

Vicdan ən yaxşı hakimdir. Bizi əhatə edən reallıqlar, insanların bu və ya digər təzyiqləri, xüsusilə də çətinliklərə sinə gərmək istəməməyimiz qulaqlarımızı vicdanımızın səsinə bağlayır. Vicdanın səsinə qulaq asmaq xüsusilə də ictimai rəyə təsir etmək imkanına malik jurnalistlərə lazımdır. Bu yerdə bir məqamı xüsusi vurğulamağa dəyər ki, ən radikal tənqidçilər belə "Meliorasiya və Su Təsərrüfatı"ASC-nin ayrı-ayrı struktur vahidlərində rast gəlinən nöqsanlara rəvac verən vəzifəli şəxsləri tənqid etdikləri vaxt öz məqalələrinin preambulalarında cənab Əhmədzadənin malik olduğu yüksək keyfiyyətləri sadalayır, funksionerləri məhz rəhbərdən nümunə götürməyə səsləyirlər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə