Mobil versiya
`Azərsu`dan qar açıqlaması
Tarix: 01-02-2017 | Saat: 17:28
Bölmə:Seçilənlər | çapa göndər

`Azərsu`dan qar açıqlaması





Ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar “Azərsu” ASC-nin mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma halı qeydə alınmayıb.

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Qurum rəsmisi bildirib ki, hazırda donmalarla bağlı qurumun zəng mərkəzinə heç bir şikayət daxil olmayıb.

Onun sözlərinə görə, Bakı, Abşeron və həmçinin regionlarda vəziyyət stabildir və əhalinin su ilə təmin edilməsi davam etdirilir.

A.Cəbrayıllı qeyd edib ki, su təchizatında da heç bir problem yoxdur. Sular fasiləsiz olan ərazilərə fasiləsiz şəkildə, fasilə ilə verilən ərazilərə isə fasiləli şəkildə verilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024