Ana Sayfa > Aia TV > Faciəli şəkildə ölən kamerunluların meyitləri hələ də Bakıdadır - 27 gün keçib - FOTO

Faciəli şəkildə ölən kamerunluların meyitləri hələ də Bakıdadır - 27 gün keçib - FOTO


29-01-2017, 19:00. Yazar: admin
Faciəli şəkildə ölən kamerunluların meyitləri hələ də Bakıdadır - 27 gün keçib - FOTO






Bakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunludan 4-nün cəsədi hələ də ölkələrinə göndərilməyib. Onlardan yalnız birinin valideyni Bakıya gələrək övladının nəşini Kameruna apara bilib.

Aia.Az bildirir ki, musavat.com-un əldə etdiyi məlumata görə, yanvarın 2-də dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Meyitlərin Bakıda qalma səbəbi isə ailələrin maddi imkansızlığıdır. Musavat.com-a daxil olan məlumatda qeyd edilir ki, Kamerundan olan 4 nəfərin ailəsi maddi imkansızlıqdan Bakıya gələ bilmir. Onlardan Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilib.

Bildirək ki, hadisə bu il yanvarın 2-də Yasamal rayonunda baş vermişdi. Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü həvəskar futbolçu imiş. Digər 1 nəfər isə Texniki Universitetin tələbəsi olub.
5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra tapılmışdı. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb və o, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib.
Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum və Texniki Universitetin tələbəsi Nzemele Ezzambe olub.
Geri dön