Ana Sayfa > Aia TV / Karusel > Tramp Reyqanın adamına vəzifə verdi

Tramp Reyqanın adamına vəzifə verdi


3-01-2017, 18:15. Yazar: admin
Tramp Reyqanın adamına vəzifə verdi








ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ölkənin ticarət nümayəndəsi postunu Ronald Reyqan administrasiyasından olan keçmiş məmur Robert Laytxayzerə təklif edib.

Aia.Az "Report"a istinadən xəbər verir ki, hazırkı prezident Barak Obamanın administrasiyasında bu vəzifəni Maykl Froman tutur. Robert Laytxayzer Ronald Reyqan administrasiyasında ABŞ ticarət nümayəndəsinin müavini vəzifəsini tutub. Hazırda o, ticarət məsələləri üzrə hüquqşünas kimi fəaliyyət göstərir.
ABŞ prezidentinin icra ofisi yanında ticarət nümayəndəliyi nazirlik dərəcəsində hökumət agentliyidir. Ticarət qanunvericiliyinin hazırlanması, ikitərəfli və çoxtərəfli ticarət sazişlərinin tərtib olunması, xarici ticarət siyasətinə əlaqələndirilməsi ilə məşğul olur.
Geri dön