Ana Sayfa > Aia TV > Azərbaycanın ikinci peykinin buraxılış vaxtı bilindi

Azərbaycanın ikinci peykinin buraxılış vaxtı bilindi


3-01-2017, 17:38. Yazar: admin
Azərbaycanın ikinci peykinin buraxılış vaxtı bilindi






Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace 2"nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq.

Aia.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərkosmos" ASC-dən məlumat verilib.

İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub.

ASC-nin məlumatına görə, ikinci geostasionar peyk "Azerspace 1"in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.

Qeyd edək ki, "Azerspace 1" 2013-cü ilin fevral ayında orbitə buraxılıb.
Geri dön