Ana Sayfa > Aia TV > ATƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır"

ATƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır"


8-12-2016, 16:02. Yazar: admin
ATƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır"






"Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır".

Aia.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında ATƏT-in baş katibi Lamberto Zanyer deyib.

Onun sözlərinə görə, təşkilatın məqsədi danışıqlar üçün imkanlar yaratmaqdır, lakin tərəflər də bu imkandan istifadə etməlidirlər.

L.Zanyer deyib: "Həll yolunun tapılması üçün tərəflər səy göstərməlidirlər. Münaqişənin həllində ATƏT-in vasitəçi rolunu alqışlayıram".

O həmçinin qeyd edib ki, bir qədər əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Minsk qrupuna yeni nəfəs lazım olması barədə səsləndirdiyi fikrini dəstəkləyir.


aia.az
Geri dön