Ana Sayfa > Karusel > Nazirlikdən hava ilə bağlı AÇIQLAMA

Nazirlikdən hava ilə bağlı AÇIQLAMA


8-12-2016, 11:16. Yazar: admin
Nazirlikdən hava ilə bağlı AÇIQLAMA




"Hazırda Azərbaycanda müşahidə edilən hava şəraiti dekabr ayı üçün xarakterikdir".

Bunu aia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırda Bakıda, eləcə də rayonlarda qeydə alınan havanın temperaturu əvvəlki illərdə də müşahidə edilib.

G.Məmmədova bildirib ki, əvvəlcədən xəbərdarlıq edildiyi kimi dekabrın 8-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsib, qar yağıb. Ötən gecə şaxtalı havanın müşahidə edildiyini deyən G.Məmmədova dekabrın 9-da da gecə şaxtalı havanın müşahidə ediləcəyinin gözlənildiyini söyləyib.

Onun sözlərinə görə, dekabrın 9-da arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu 0-3° şaxta təşkil edəcək.

G.Məmmədova bildirib ki, hazırda rayonlarda da müşahidə edilən havanın temperaturu əvvəlki illərdə də qeydə alınıb

aia.az
Geri dön