Ana Sayfa > Gündəm / Karusel > Azərbaycan dünya üzrə ilk onluqda - HƏRBİLƏŞMİŞ ÖLKƏ

Azərbaycan dünya üzrə ilk onluqda - HƏRBİLƏŞMİŞ ÖLKƏ


2-12-2016, 13:34. Yazar: kamran


Azərbaycan dünyada hərbiləşmənin səviyyəsinə görə 9-cu yerdədir.

Bu barədə Almaniyanın Bonn Beynəlxalq Konversiya Universitetinin hazırladığı “Global Militarisation İndex” hesabatında bəlli olur.

Hesabatda hər 1000 sakinə düşən hərbçi sayı, ÜDM (Ümumi Daxili Məhsul) istehsalının hərbi xərclərə nisbəti, həmçinin ağır artilleriyanın və qoşunun əhalinin sayına nisbəti əsas kriteriyalar kimi götürülüb.

Dünyanın ən hərbləşmiş ölkələri arasında birinciliyi İsrail tutub. Növbəti yerlərdə Sinqapur (2), Ermənistan (3), İordaniya (4), Rusiya (5), Cənubi Koreya (6), Kipr (7), Yunanıstan (8), Azərbaycan (9) və Bruney (10) tutur.
Geri dön