Ana Sayfa > Seçilənlər-4 > -Azərbaycan Suriyaya qoşun göndərəcək

-Azərbaycan Suriyaya qoşun göndərəcək


30-11-2016, 13:59. Yazar: admin


Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri sensasiyalı məlumat yayıb.

Nəşrin məlumatına görə, yaxın günlərdə Azərbaycan Suriyada aparılan terror əleyhinə əməliyyata qoşula bilər.

“Hələbin şimali-şərq rayonlarının azad edilməsi Suriya prezidenti Bəşər Əsədin tərəfində fəaliyyət göstərən Rusiyanın rəhbərlik etdiyi qüvvələrin gücünün artmasını göstərir. Əgər Suriyanın ən böyük şəhərinə hücumun tempi artarsa, şəhərin azad edilməsi tezliklə həyata keçə bilər. Deməli, Suriya Ərəb Respublikasında vəziyyətin tənzimlənməsi məsələsində keçid dövrü başlayır”, - nəşr iddia edir.

“Ölkədə tərəflərin atəşkəs prosesinə “mavi dəbilqəlilər” kimi Rusiya və Suriyanın müttəfiqləri olan bir sıra ölkələrdən hərbi kontingentin cəlb ediləcəyi istisna edilmir. “NQ”nin Rusiya hərbi-diplomatik mənbələri bu ölkələr sırasında Misir, Çin, Serbiya və ilk növbədə, Azərbaycan və Ermənistanın adını çəkir”, - nəşr “Əsəd dəstək alır” yazır.

Rusiya nəşrinin mənbələri Moskvanın fikrincə, İŞİD-in əsas qüvvələri məhv edildikdən sonra humanitar aksiyalarda (ərazinin minalardan təmizlənməsi, münaqişəli tərəflər arasında vasitəçilik və s.) və sülhməramlı prosesdə Rusiya və onun Suriyada koalisiya üzrə müttəfiqlərinin fəal iştirakı gözlənilir.

Məlumdur ki, Serbiya hərbi təyyarələr vasitəsilə Suriyaya humanitar yüklər çatdırıb. Rusiya Müdafiə Nazirliyi isə Azərbaycana ərazinin minalardan təmizlənməsi prosesində iştirak etməyi təklif edib. “Düzdür, Bakı hələ susur”, - məqalənin müəllifi yazıb.
Geri dön