Ana Sayfa > Manşet > Böyük döyüş yenidən başladı

Böyük döyüş yenidən başladı


31-10-2016, 15:32. Yazar: admin


İraqın hökumət gücləri üçgünlük fasilədən sonra Mosula hücumu bərpa ediblər.

Bu haqda İraq ordusundakı mənbəyə istinadən "Reuters" agentliyi bildirib.

Əməliyyatın hədəfi şəhəri iki hissəyə bölən Dəclə çayının şərqidir. Əməliyyatda İraq ordusunun elit bölmələri və peşmərgə gücləri (Şimali İraq regional kürd rəhbərliyinin silahlı qüvvələri -red.) iştirak edir.

İŞİD terror qruplaşmasının mövqeləri aviazərbələrə və artilleriya atəşinə məruz qalıb. İŞİD döyüşçüləri atıcı silahlar və minaatanlardan cavab atəşi açırlar. İraq ordusunun briqada generalı Hayder Fadilya bildirib ki, İŞİD kamikadzelərin idarə etdiyi avtomobillərin köməyi ilə hücumu dayandırmağa çalışır.

Xatırladaq ki, Mosul əməliyyatı ABŞ-ın başçılıq etdiyi koalisiya güclərinin dəstəyi ilə oktyabrın 17-də başlanıb. Əməliyyat qüvvələrin yenidən qruplaşdırılması üçün ötən həftə dayandırılmışdı.
Geri dön