Ana Sayfa > İdman > Oyun zamanı futbolçu ayaqyoluna qaçdı

Oyun zamanı futbolçu ayaqyoluna qaçdı


28-10-2016, 12:21. Yazar: Sevinc
Oyun zamanı futbolçu ayaqyoluna qaçdı








İtaliya A Seriyasının X turunda baş tutan "İnter" – "Torino" (2:1) matçında maraqlı hadisə yaşanıb. Turin təmsilçisinin futbolçusu Adem Lyaiç oyunun 80-cı dəqiqəsində meydanı tərk edib və bir qədər sonra meydana qayıdıb.

25 yaşlı futbolçunun gözlənilmədən meydanı tərk etməsi matç başa çatdıqdan sonra bəlli olub. Serbiya millisinin üzvü təbii ehtiyaclarını yerinə yetirmək üçün meydanı tərk edib.

Bu barədə məlumatı komandanın serbiyalı çalışdırıcısı Sinişa Mixayloviç də təsdiqləyib. O, futbolçunun bu hərəkətə görə cəzalanmayacağını deyib.

Qeyd edək ki, oyun "İnter"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Geri dön