Ana Sayfa > İdman > Qurban Qurbanov 155 pillə irəlilədi

Qurban Qurbanov 155 pillə irəlilədi


25-10-2016, 13:47. Yazar: admin


Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.

Ötən cədvəldə 734-cü pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 155 pillə irəliyərək 579-cu yerə yüksəlib (1026 xal).

“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə 4 pillə geriləyib. O, aktivindəki 969 xalla 600-cüdür.

Siyahıya isə “Barselona”nın çalışdırıcısı Luis Enrike başçılıq edir. Onun aktivində 17644 xal var. 2-ci yerdə 14586 xalla Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone qərarlaşıb. “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola isə 13640 xalla 3-cüdür.
Geri dön