Ana Sayfa > Cəmiyyət > 22 yaşlı gənc özünü sevgilisinə görə relslərin üstünə atıb

22 yaşlı gənc özünü sevgilisinə görə relslərin üstünə atıb


15-10-2016, 19:07. Yazar: admin
22 yaşlı gənc özünü sevgilisinə görə relslərin üstünə atıb







Dünən gecə saatlarında Bakı metrosunun "Koroğlu" stansiyasında relslərin üzərinə düşərək tunelə doğru hərəkət edən şəxslə bağlı araşdırma aparılır.

Aia.Az lent.az-a istinadən məlumatına görə, polis tərəfindən saxlanılaraq Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılan 22 yaşlı Samir Aslanov barəsində İnzibati Xətalar Məcəlləsinin 306-cı (metropolitendən istifadə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib və o cərimələnib.

Bildirilir ki, Bakı şəhəri Keşlə qəsəbəsində yerləşən zavodda fəhlə işləyən S.Aslanovun son vaxtlar sevdiyi qızla bağlı problemi olub və depressiyaya düşən gənc metronun tunelində gəzərək fikrini dağıtmaq istəyib.
Geri dön