Ana Sayfa > Siyasət > Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasına cəlb edilə bilər - Rusiyadan eyham

Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasına cəlb edilə bilər - Rusiyadan eyham


14-10-2016, 20:20. Yazar: admin
Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasına cəlb edilə bilər - Rusiyadan eyham






Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilər. Aia.az TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Türkiyə regionda normal qarşılıqlı iqtisadi fəaliyyəti təmin edərək müsbət rol oynaya bilər: "Bu həmişə diqqət yetirdiyimiz vacib faktordur".

Nazir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında həlledici olacaq: "Türkiyə bütün regionda logistik, nəqliyyat, infrastruktur sahələrində qarşılıqlı fəaliyyəti təmin edərək müsbət rol oynaya bilər".

aia.az
Geri dön