Ana Sayfa > Karusel > 670 bal toplayan tələbə özünü öldürdü

670 bal toplayan tələbə özünü öldürdü


11-10-2016, 11:59. Yazar: admin
670 bal toplayan tələbə özünü öldürdü

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

Qeyd edək ki, H.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Geri dön