Ana Sayfa > Media > Gülməyə hazırsız? ))

Gülməyə hazırsız? ))


22-09-2016, 13:27. Yazar: admin


Qolumu dişləyib qol saatı düzəldə bilərəmsə,divarı dişləyib divar saatı da düzəldə bilərəm;-)

Məhlə-Məhləyə futbol oynayanda "ala gözləyin xala keçsin sonra" deyən ağıllı, tərbiyəli uşaqlar idik..Bizdən kimsəyə zərər gəlməzdi...

Dərs oxumağin ən gözəl saatları:
25:00
26:00
27:00
28:00

Zaryatkani 1% gördüyümdə, adaptora qaçanda özümü ağır xəstəni təcili yardıma çatdırmağa çalışan həkim kimi hiss edirəm...

Əslində mən dərsin ortasında danışmıram,
müəllim mənim danışığımın ortasında dərs
başa salır :))))

Xaricdə maraqlı hadisə olarsa adamlar..
- Really?
Yes,yes Really
Azərbaycanda :
- Doğurdan ala?
Hə Ətağa
- Yalançının?
Bilməyib danışanın da
- lap elə !

" Eşşək boyda "
" Eşşək qədər "
" Eşşək kimi "
Eşşəkdən ölçü vahidi kimi istifade eden yegane milletik :)))

Azerbaycan oğlanlarının qısqanc olmasının səbəbi Azərbaycan qızlarnın dünya gözəli olmasıdır)

Yapon olmağın faydaları :
-Arıqlamaq üçün pul xərcləmək yerinə, sumo güləşçisi olub pul qazana bilərsiz.
-İnternet su qiymətinədi.
-Dövlət idarəçilərinin kreslolarından ayrılmalari üçün ölməklərini gözləməzsiz.

İngilis olmağın faydaları :
-"Premyer Liga" oyunlarına canlı stadiondan baxa bilərsiniz.
-İngilis dilini ana diliniz kimi danışarsınız.

Amerikalı olmağın faydaları :
-Ölkəniz dünyaya müharibə elan edib, amma sizə zərər gəlməz.
-NBA(basketbol)¬ oyunlarına baxmaq üçün səhər tezdən durmağınıza ehtiyyac yoxdu.
-Hər binadakı 10 nəfərdən 5-i dünyanı xilas edəcək gücdədi.

Çinli olmağın faydaları :
-Uşağınıza ad fikirləşməyə məcbur deyilsiniz. Dağdan aşağı qazan atıb ad qoya bilərsiniz. Danq dinq donq kimi.
-Uzağı dəqiq görmək üçün gözlərinizi qıymağa ehtiyyac yoxdu.
-Müharibə olsa uduzmaq ehtimalı yoxdu.

Fransız olmağın faydaları :
-İngiliscə bildiyiniz üçün yox, bilmədiyiniz üçün hava atarsınız (çünki fransiz dili də beynəlxalq dildir).
-Fransızca söyüş belə söysəniz şeir dediyinizi zənn edərlər.

İtalyan olmağın faydaları :
-Hamının daydayı var. Xüsusilə Siciliyalıların¬.
-Az qala VAZ 2107 qiymətinə Ferrari ala bilərsiniz.

Azərbaycanlı olmağın faydaları :
-2050-ci ildə dünyanın tək hakimi ola bilərsiniz (çünki o vaxtı hamı kosmosa, digər planetlərə gedəcək yaşamağa, dünya bizə qalacaq).
-Avtobusdan düşmək üçün dayanacağa çatmağını gözləməyə məcbur deyilsiniz. İstədiyiniz yerdə dayandırıb düşə bilərsiniz.
-Metroda qapı bağlananda əllə saxlayıb içəri girə bilərsiniz.
-Mağazadan mal alanda satış qiymətinə yox, "aşağı yeri"nə malı götürə bilərsiniz.
-Bu yazını oxuyandan sonra "heyif deyil öz millətim" deyib azərbaycanlı olduğunuzla fəxr edə bilərsiniz.. :))

Doğulduğunuz ay,gün və adınızın baş hərfi
birləşərsə=)) cox guleceksiz :)))
Doğulduğunuz Ay...
Yanvar - Mən ingilis dili müəlliməmlə
gəzərkən
Fevral - Mən bir neçə qızla (oğlanla)
gəzərkən
Mart - Mən Michael Jacksonla gəzərkən
Aprel - Ən yaxşı dostumla gəzərkən
May - Mən ev heyvanımla gəzərkən
İyun - Mən riyaziyyat müəlliməmlə
gəzərkən
İyul - Mən Tarkanla gəzərkən
Avqust - Mən bizim küçənin təmizlikçisi ilə
təmizlik edərkən
Sentyabr - Mən bir gözəl ilə gəzərkən
Oktyabr - Mən bir oğlanla (qızla)
Noyabr - Mən məhlənin ən cirkin qızıyla
(oğlanıyla) gəzərkən
Dekabr - Mən bir dostumla gəzərkən

Doğulduğunuz Ayın Günü ...
1 - evlənməyə qərar verdim
2 - gəzməyə qərar verdim
3 - parti etdim
4 - yalan danışdım
5 - heyvanları qovdum
6 - ət yedim
7 - oyun oynadım
8 - sevindim
9 - əsəbiləşdim
10 - narahat oldum
11 - uşaqlar kimi barbilərlə oynadım
12 - dərəyə düşdüm
13 - üstümü suyla yudum
14 - uzunqulağın üstünə mindim
15 - inək sağdım
16 - ağaca çıxdım
17 - itlə oynadım
18 - dördüncü mərtəbədən tullandım
19 - tv-yə baxdım
20 - sinemaya getdim
21 - anam dedi deyə
22 - nərd oynadım
23 - kabab yedim
24 - bağırarak mahnı oxudum
25 - zibil yığdım
26 - oğurluq etdim
27 - uşaq gətirdim
28 - atıcılıq oynadım
29 - coca-cola içdim
30 - məktəbi yandırdım
31 - savaşdım

Adınızın Baş Hərfi...
A - pul üçün.
B - bir qız (oğlandan) öpüş üçün.
C - çünki bir oyunu uduzdum
Ç - və gerçəkləri açıq gördü
D - və əkiz gətirdim
E - anam dedi deyə
Ə - sevincimdən güldüm
F - otağımı təmizləmək üçün
G - etməsəydim kosmosa yollayacaqlardı
H - atam məcbur etdi
İ - xəstəliyə yaxşı gəlirmiş, gecən gün
eşitdim
J - amma hər kəsin qarşısında
K - onsuz da istəyirdim
L - ayy yenə etmək istəyirəm
M - və xəyallarım gercek oldu
N - amma ürək böhranından gidəcəkdim
O - əvvəldən həmişə elə belə olurmuş
Ö - çünki dogum günü hədiyyəm idi
P - utanmadım vallah
R - qorxudan dilimi uddum
S - çünki nənəm "sinifdə qalaram" dedi
Ş - və rahatladım
T - çünki sevgilim istədi
U - çünki atamın tanidigi oldugu üçün
Ü - heyvanları sevdigim üçün
V - çünki bu gün bayram
Y - aşkımla aram düzələr deyə
Z - ən son yazan istədi deyə.

Toyda xanım kimi geyinib, xanım kimi
hərəkət edən bəzi qızlar, gül atma
mərasimində küncdən zərbədən top
gözləyən alman futbolçularına
oxşuyurlar..:))

Dünən gecə məni yuxuda döyürdülər.İndi dostlarımı da göterüb gedirəm yatmağa...))

Qonaqlıqda heç vaxt gedib ev yiyesinin komputerinde oynayan uşaq olmadım.Həmişə kuxnada oturub konfet yeyirdim...)

Adı: -ANA.
Silahı: -Domaşnik.
Atış məsafəsi: 5-6 metr.
Hədəf: -Baş beyin.
Dəymə ehtimalə: - 100%.
Geri dön